“Balalarım acdır” deyib, zəhməthaqqını tələb edən fəhləni bayram günü necə həbsə göndərmək olar?!

25-03-2025, 09:18           
“Balalarım acdır” deyib, zəhməthaqqını tələb edən fəhləni bayram günü necə həbsə göndərmək olar?!
Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədov martın 21-də bunu eləyib.

Fəhlələr dövlət müəssisələrindən birində işləsələr də, pullarını ala bilməyiblər.

On nəfərə yaxın fəhlə işlədikləri yerdə izah eləməyə çalışıb ki, bayram vaxtı uşaqları acdır, evlərinə bazarlıq eləməlidilər, pullarını versinlər. Xeyri olmayıb. Fəhlələr etiraz edib.

Ora polis gəlib, pulunu tələb edən fəhləni polis bölməsinə, daha sonra Nizami Rayon Məhkəməsinə aparıb.

Hakim Rauf Əhmədov da “bayram günü balalarım acdır” deyib, halal pulunu istəyən fəhləni “polisə tabesizlik” ittihamı ilə bayram günü 10 günlük həbsə göndərib…

Hətta adam hansısa qayda-qanunu pozubsa belə, alternativ cəzalar da var. Vacibdir ki, bayram günü adamı həbsə göndərib, cəzaların ən ağırını verəsən?

P.S. Bir neçə ay əvvəl qanunsuz qərar çıxardığına görə Bakı Apellyasiya Məhkəməsindən onun haqqında Məhkəmə-Hüquq Şurasına müraciət olunmuşdu ki, cəzalandırılsın.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.