İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi

14-04-2025, 16:34           
İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi
İranda səkkiz Pakistan vətəndaşı öldürülüb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, aprelin 12-i səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Mehristan şəhərində azı 8 Pakistan vətəndaşı naməlum silahlı şəxslər tərəfindən güllələnib.

Məlumata görə, yaraqlılar avtomobil təmirçisi işləyən pakistanlıları əl və ayaqlarını bağladıqdan sonra qətlə yetiriblər.

Öldürülən Pakistan vətəndaşlarından beşinin kimliyi açıqlanıb. Hələlik təqsirkarların kimliyi bəlli deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan vətəndaşlarının qətli ilə nəticələnən terror aktını pisləyib. O, İranı təqsirkarları üzə çıxarmağa və onları cəzalandırmağa çağırıb:

"İran hökuməti təkcə cinayətkarları həbs etməməli, həm də bu iyrənc hadisənin səbəblərini ictimaiyyətə izah etməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru