Ukraynalı jurnalist Viktoriya Roşinanın cəsədi rus əsirliyindən orqanlarının bir hissəsi çıxarılmış halda qaytarılıb
Bu gün, 08:34
Ukraynalı jurnalist Viktoriya Roşinanın cəsədi rus nasistlərinin əsirliyindən orqanlarının bir hissəsi çıxarılmış halda qaytarılıb Rus əsirliyində bir ildən çox qalan ukraynalı jurnalistin göz alması, beyni və qırtlağının bir hissəsi çıxarılıb. Bundan əlavə, onun dilaltı sümüyü sınmış vəziyyətdə olub. Məhkəmə-tibbi ekspertin sözlərinə görə, rus nasistləri işgəncə izlərini gizlətmək məqsədilə bu cür hərəkət etmiş ola bilərlər. Jurnalistin cəsədində başqa işgəncə izləri də aşkar edilib: bədənin müxtəlif yerlərində sıyrıqlar və qansızmalar, sınmış qabırğa, boyun nahiyəsində zədələr və dabanlarda elektroşok izləri ola biləcək yanıq izləri tapılıb — bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib. Cəsədin vəziyyəti səbəbilə ekspertlər ölüm səbəbini müəyyən edə bilməyiblər. Jurnalist 2023-cü ilin yayında Enerqodarda saxlanılıb, üç gün sonra isə Melitopola aparılıb. O, burada dörd ay əsirlikdə saxlanılıb və işgəncələrə məruz qalıb. Roşina artıq kritik vəziyyətdə olarkən Taganroq SİZO-2-yə gətirilib. Джавид Дамирли TEREF