“Boz kardinal” həbs edildi

Bu gün, 15:44           
“Boz kardinal” həbs edildi
Moldovanın ən qalmaqallı fiqurlarından biri hesab edilən, “boz kardinal” ləqəbli keçmiş oliqarx və Demokratik Partiyanın sabiq lideri Vladimir Plaxotnuk Yunanıstanda saxlanılıb.

TEREF "modern.az"-a istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında Kişinyova ekstradisiya edilib və dərhal istintaq təcridxanasına yerləşdirilib.

Moldova mətbuatının yazdığına görə, Afina–Kişinyov reysi ilə gələn Plaxotnuku hava limanında xüsusi təhlükəsizlik tədbirləri altında polis əməkdaşları qarşılayıb. O, paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsinə aparılıb.

Moldovanın ədliyyə naziri Veronika Mixaylov-Moraru bildirib ki, Plaxotnuk təhlükəsizlik səbəblərinə görə ayrıca kamerada saxlanılacaq. Qeyd olunur ki, həmin kamera əvvəllər sabiq baş nazir Vlad Filat üçün təmir edilib.

Prokurorluğun məlumatına görə, sabiq oliqarx 26 sentyabrda məhkəmə qarşısına çıxarıla bilər. Hakimlər “milyardların oğurlanması” işi üzrə onun cinayət işinin ayrıca araşdırılıb-araşdırılmayacağına qərar verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru