Qlobal borc rekord həddə çatıb

Bu gün, 15:08           
Qlobal borc rekord həddə çatıb
Dünya borcu 2025-ci ilin ikinci rübünün sonuna olan vəziyyətə görə, rekord 337,7 trilyon dollar səviyyəsinə çatıb.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, bu, qlobal maliyyə şərtlərinin yumşalması, ABŞ dollarının zəifləməsi və əsas mərkəzi bankların daha münasib mövqeyi ilə əlaqədardır.

Beynəlxalq Maliyyə İnstitutu (IIF) bəyan edib ki, qlobal borc 2025-ci ilin birinci yarısında 21 trilyon dollardan çox artaraq, 337,7 trilyon dollar olub.

İnstitut müəyyən edib ki, Çin, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya və Yaponiya ABŞ dolları ilə ifadədə ən çox borc artımı qeydə alıblar.

Qeyd edək ki, 2024-cü ildə dünyanın ümumi borcu 251 trilyon ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru