Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirib

Bu gün, 16:44           
Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirib
BMT-də keçirilən "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans iştirakçıları BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriblər.

"Report" xəbər verir ki, aksiyada "Fransa müstəmləkəçilik erası başa çatdı", "Bijuval razılaşmasına yox deyirik", "Kanaki yaşayacaq, müstəmləkəçilik öləcək", "Müstəqillik variant deyil, haqdır", "Müstəmləkəçilik kanak xalqına qarşı cinayətdir" kimi, həmçinin Fransa və Niderland müstəmləkəçiliyinə qarşı digər şüarlar səsləndirilib, kanak xalqına məxsus bayraq qaldırılıb.

Aksiyada Fransanın digər Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinika, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərinin təmsilçiləri aksiya zamanı kanak xalqına dəstək veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru