"Amazon" müştərilərini aldatdığına görə rekord cərimə ödəyəcək
Bu gün, 16:58
"Amazon" öz müştərilərini aldatdığına görə ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord məbləğdə cərimə ödəməsi barədə razılığa gəlib.
"Kommersant" nəşrinin verdiyi xəbərə görə, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, həmçinin zərər görmüş istehlakçılara 1,5 milyard dollar kompensasiya ödəniləcək.
FTC "Amazon"a qarşı 2019-cu ilin ortalarında idda qaldırmışdı. Tənzimləyici orqanın fikrincə, şirkət illər boyu istifadəçilərin razılığı olmadan onları "Amazon Prime" abunəliyinə qoşmaqla qəsdən aldadıb.