Dəhşətli hadisə: Qızının meyitini 20 il dondurucuda gizlətdi

Bu gün, 16:14           
Dəhşətli hadisə: Qızının meyitini 20 il dondurucuda gizlətdi
Yaponiyada 75 yaşlı qadının qızının cəsədini 20 ilə yaxın dərin dondurucuda saxladığı məlum olub.

Lent.az xəbər verir ki, Yaponiya polisi Tokio yaxınlığındakı İbaraki prefekturasında yaşayan 75 yaşlı Keiko Morinin qızının cəsədini 20 ilə yaxın dərin dondurucuda saxladığını etiraf etdikdən sonra həbs olunduğunu açıqlayıb.

Mori bir ailə üzvünün müşayiəti ilə çərşənbə axşamı polisə gedib və onlara cəsədi dondurucuda gizlətdiyini bildirib.

Qadın meyitin 1975-ci il təvəllüdlü qızı Makikoya aid olduğunu deyib.

Evə gələn polis əməkdaşları dondurucuda qıvrılmış, əynində köynək və alt paltarı olan qadın cəsədi tapıblar.

Polis meyitin ciddi şəkildə çürüdüyünü və ölümün səbəbini məhkəmə-tibb ekspertizasının təyin edəcəyini bildirib.

Sorğu zamanı Mori iyirmi il əvvəl meyit qoxusu bütün evi bürüdüyü üçün, dondurucu alıb və qızının cəsədini ora qoyduğunu etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru