Rusiyada bankın divarında ikimetrlik piton: Elektrikin gözlənilməz "kəşfi" ilə bağlı İNANILMAZ KADRLAR
Bu gün, 16:08
Rusiyada bankın qeyri-adi "sakini" görənləri heyrətə gətirib. Belə ki, elektrik yuvası quraşdıran elektrik divarın içindən iki metr uzunluğunda piton aşkarlayıb.
Bu barədə "BAZA" "Telegram" kanalı xəbər verir.
Yayılan kadrlardan görünür ki, gənc heç bir təlaş keçirmədən sürünəni divardakı boşluqdan çıxarıb və sərbəst buraxıb, sonra öz işinə davam edir.