Jurnalist Qomes: "Neymar alkoqola aludə olub, səhər saat 4-5-də yatır"
Bu gün, 15:58
"Neymar alkoqoldan sui-istifadə etməyə başlayıb və idman rejiminə riayət etmir".
Santistas.net-in verdiyi xəbərə görə, bu barədə jurnalist Rodolfo Qomes bildirib.
Onun sözlərinə görə, Neymarın 2025-ci ilin sonunadək yaşıl meydanlara qayıtma ehtimalı azdır:
"Neymar viski və enerji içkilərinə aludə olub. O, qəlyan çəkir və yalnız səhər saat 4-5-də yatır".
Daha əvvəl verilən məlumata görə, Braziliyanın "Santos" komandasının hücumçusu Neymar zədələndiyinə görə ən azı bir ay ərzində qarşılaşmalarda iştirak edə bilməyəcək.