Dünyada özünü qarışqa kimi apararaq tələ quran bitki kəşf olundu - Maraqlı SƏBƏB
Bu gün, 17:18
Yaponiyanın Tokio Universitetindən alimlər maraqlı bir kəşf ediblər: "Vincetoxicum nakaianum" adlı bitki qarışqaların yaydığı "kömək" siqnalını təqlid edir, bu yolla özünə tozlandırıcı cəlb edir.
Oxu.Az bu barədə "IFLScience" portalına istinadla xəbər verir.
Məsələ ondadır ki, bəzi milçəklər yalnız yaralı həşəratlara yönəlir. Qarışqa hörümçək hücumuna məruz qalanda xüsusi siqnal göndərir və milçəklər bu zəif "ov"a toplaşır. Bitki isə həmin kimyəvi siqnalı imitasiya edərək milçəkləri öz çiçəklərinə cəlb edir. Milçəklər "asanca ov" axtararkən bilmədən bitkini tozlandırırlar. Tədqiqatı aparan Ko Moçidzuki qeyd edib ki, bu kəşf təsadüfən baş verib: "Çiçəklərin ətrafına toplaşan milçəkləri görəndə onların ölən həşərat siqnalını təqlid etdiyini anladıq".
Mütəxəssislər bildirirlər ki, ilk dəfədir bir bitkinin qarışqa siqnalını təqlid etdiyi aşkar olunur. Onların fikrincə, hələ elmə məlum olmayan çoxsaylı mərəkəli mimikriya formaları bitki aləmində mövcud ola bilər.