ABŞ və Türkiyə “Boeing” təyyarələrinin tədarükü ilə bağlı razılığa gəldilər
Bu gün, 15:34
ABŞ və Türkiyə “Boeing” təyyarələrinin tədarükü ilə bağlı razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
Razılaşma ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Vaşinqtonda keçirilən danışıqlar zamanı əldə olunub. Ağ Ev razılaşmanın təfərrüatını açıqlamayıb.
Görüş zamanı Tramp bildirib ki, Suriyaya qarşı sanksiyaları Ərdoğanın, həmçinin Səudiyyə Ərəbistanı və Qətər rəhbərliklərinin xahişi ilə ləğv edib.
Görüşdən sonra isə Tramp Ərdoğanı “sərt” və “son dərəcə özünü güvənən” şəxs adlandırıb.