Əli Hüseynovun işçilərinin işi araşdırılır VİDEO

Bu gün, 16:28           
Əli Hüseynovun işçilərinin işi araşdırılır  VİDEO
Avant Group” MTK gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozub. Sakinlər bununla bağlı paylaşım edərək narazılıqlarını dilə gətiriblər.

Məlumata görə, Yasamal rayonu ərazisində qazıntı işlərini aparanlar artıq müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Həmin cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.
Xəbər verdiyimi kimi , “Avant Group” haqqında agacalrın kəsilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Şirkətin rəhbəri Əli Hüseynovdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru