ABŞ Almaniyaya 1,23 milyard dollarlıq AMRAAM raketinin satışını təsdiqlədi

Bu gün, 15:14           
ABŞ Almaniyaya 1,23 milyard dollarlıq AMRAAM raketinin satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Almaniyaya 1,23 milyard dollarlıq AMRAAM (Advanced Medium Menzilge Air-to-Air Missile) hava-hava raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah satışına cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda bu silahların Almaniyaya satışının NATO müttəfiqinin müdafiəsini gücləndirməklə “ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcəyi” vurğulanır.

Agentlik hesab edir ki, potensial sövdələşmə Almaniyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru