"Elə bil mağaza işçiləri oğru ilə əlbir idi"- Məşhur GUESS mağazasındq oğurluq oldu -
2-01-2017, 23:34
Teref. Info xəbər verir ki, 02.01.2017-ci ildə Bakının elit mğazalarndan biri sayılan GUESS mağazasında oğurluq hadisəsibaş verib. Mağazaya gələn Qasımova H xanımın pul kisəsini oğurlayıblar. Xanımın pul kisəsində 400 manat pul və LC-3 mobil telefonu olub. Mağazada səs küyü eşidən saytımızın əməkdaşı hadisə yerinə gəlib və qəribə bir mənzərə ilə rastlaşıb. Pul kisəsi oğurlanan xanımın “Qapıları bağlayın, oğru mağazadadır!” fəryadına məhəl qoymayan mağaza işçisi “Mən al veri dayandıra bilmərəm1” deyir.
Lakin əməkdaşımızın müşahidəsinə görə müştərinin pul kisəsinin oğurlanmasından 5 dəqiqə sonra, qapıda çalınan siren səsinə bütün işçilər işlərini qoyub qapıya tərəf çumdular. Kimsə mağazanın malını götürmüşdü. Əməkdaşımızın dediyinə görə adamda elə təəsürat oyanır ki, mağaza işçiləri oğrularla elə bil əlbir işləyirlər. Çünki elə bil mağaza işçilərindən heç kim oğrunun ələ keçmısində maraqlı deyildi. Əməkdaşımızın “Mağazanın müdürü hardadır, və ya səlahiyyətli kim var, ona sualım var” sualına isə “müdür yoxdur” cavabı alıb.
“ Nəyə görə qapıları bağlamırsınız, mağazada video çəkiliş var. Ona baxsanız oğrunun kimliyi bilinər. Niyə etmirsiniz.Siz oğru ilə bəyəm əlbirsiniz?” –sualına isə onlar nəsə heç də başa düşülməyən bəhanələr mızıldandılar.
Xanımın 102-yə zəngindən sonra operativ surətdə polis işə qarışdı.lakin artıq gec idi, mağaza işçilərinin başısoyuqluğu və ya da bilərəkdən etdiklri hərəkətlərin sonucu olaraq oğru mağazanı tərk etmişdi.
Xanım Hüseynova ilə danışarkən o bunları dedi:
“ Qızım üçün palrtar alırdım, pul kisəsini göümün qabağında paltar rəfinə qoyub qızıma seçdiyim paltarı yoxlayırdım və geri dönəndə gördüm pul kisəm yoxdur. Ora bura baxdım, tez qışqırdım ki pul kisəmi aparıblar, bizə qulluq edən qıza dedim ki, pul kisəım yoxa çıxıb. O dedi ki, kassaya 1 saatdır pul kisəsi veriblər. Sevincimdən qızın sözlərinə fıkır vermədən qaçdım kassaya. Həqiqətən mənim pul kisəm idi. Lakin açanda içində nə puum nədə qızım telefonu yox idi. Xalam oğlu tez qızımın oğurlanmış nömrəsinə zəng etdi. Zəng gedirdi və biz mağöazanın içindən zəngin səsini eşitdik.Qızım telefonun səsini tanıdı və mənə bu səsin onun telefonunun olduğunu dedi.Mən mağazanın admnistratorundan qapıları bağlamasını tələb etdim . Lakin o mınim tələbimə məhəl qoymadı. Ona dedim oğru mağazadadır, bağa qapıları, qoy adamlar bir bir çıxsınla, səsi tanıyacayıq. Lakin o qapıları bağlamaqdan imtina etdi.Elə bil oğru ilə şərik idi. Amma bir qadın mağazadan çıxanda zəng vurdu o dəqiqə qapını bağlayıb onun üstünə cumdular. Bu mənə təəcüblü gəldi. Sonra fikirləşirəm ki, biz heç 20-30 dəqiqə deyildi mağazaya girmişdik, bu işçi yalandan mənə niyə deyir ki, 1 saatdır sənin pul kisən kassadadır. Niyə qapını bağlamadılar. Onsuzda içəridə al verləri gediurdiu də.Sadəcə bayıra tək tək çıxacaqdılar.Bəlkə qorxurdu ki, oğru tutula? Məndə elə təəsürat yarndı ki, mağazanın işçiləri oğrunun tutulmasında maraqlı deyildilər. Hər halda mən polisə şübhələrimi dedim.”
Onu da qeyd edək ki, mağaza işçiləri həqiqətən video çəkilişə baxmağa hər cür maneə yaratdılar.
teref.az-nun əməkdaşı qeyd edir ki, GUESS-in verdiyi reklam elanı ilə mağazaya gələn müştərilər çox idi. Lakin cinayət törəndiyi üçün və mağazanın reputatsiyasının təmizliyi üçün qapını bağlayıb müştəriləri bir – bir buraxmaq olardı. Müştərilərdə bunu başa düşərdilər.Çünki bu hamının başına gələ bilən bir işdir.Orda xanıma yaxınlaşan bir çox müştəri bunu məsləhət gördü. Lakin mağaza işçilər Nuh dedilər, peyqəmbər demədilər.Elə bil oğrunun tutulmamsında həqiqətən maraqlı idilər. Qeyd etmək istəyirik ki, bizə verilən məlumata görə GUESS mağzası Əziz Əliyev küçəsi 4 ünvanında yerləşir və “Sinteks” şirkətinə məxsusdur.
teref.az olaraq 102 qaynar xəttinin operativliyini qeyd etmək istəyirik. Xüsusən Səbail rayon polis şöbəsinin 9- cu polis bölməsinin işçilərinin və təhqiqatçı kapitan E. Bəylərbəyovun tez bir zamanda hadisə yerinə gəlmləri, operativ hərəkət etmələri təqdirə layiq idi.
Araşdıram diqqətimizdədir!
teref.az