"NikoilBank" vətəndaşlara QARŞI - məhkəmələrlə əlbir olub...

9-01-2017, 10:43           
"NikoilBank" vətəndaşlara QARŞI - məhkəmələrlə əlbir olub...
Redaksiyamıza "NikoilBank"la bağlı ilginc iddiaların yer aldığı böyük bir fırıldaq faktı barədə informasyia daxil olub. Belə ki, DİA.AZ-ı bilgiləndirən mənbə sözügedən bankın Bakıda bir neçə rayon məhkəməsinin icra şöbəsi ilə əlbir şəkildə kreditorları taladığını iddia edib.

Qaynağın sözlərinə görə, gecikməsi olan kreditorlar Bakının bir neçə rayon məhkəməsinin təzyiqi altında rəsmən qarət olunur.

Onu da bildirək ki, DİA.AZ olaraq sözügedən faktlarla bağlı araşdırmaya başlamışıq və əlimizdə real səs yazıları da mövcuddur ki, həmin iddiaları təsdiqləyir. Hələlik bu barədə araşdırmalarımız getdiyindən daha dolğun bilgiləri yaxın vaxtlarda təqdim edəcəyik və çalışacağıq ki, bankın da mövqeyi ifadə olunsun.

Bizi izləyin... Və sizlər də şahid olacaqsınız ki, bu gün vətəndaşlar məhkəmə-bank ortaqlığı tərəfindən necə qarət olunur...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru