Masallıdan millət vəkili olan Nəriman Əliyev bioqrafiyasının üstündən xətt çəkib

13-01-2017, 09:57           
Masallıdan millət vəkili olan Nəriman Əliyev bioqrafiyasının üstündən xətt çəkib
Deputat Vikipediyada özü haqda informasiyanı sildirib.

İnternetdə axtarış verməklə N.Əliyevin bioqrafiyası barəsində xəbər əldə etmək olmur.

Onun harada anadan olduğu, təhsil aldığı, hərbi xidmətini başa vurduğu, ictimai fəaliyyəti tamamilə oxucuların üzünə qıfıllanıb.

Əvəzində isə N.Əliyev haqda istənilən xəbərlə rastlaşmaq olar: diplomu saxtadır, hərbi xidmətdən yayınıb, “Ştutqart” mağazası MTN generalı Akif Çovdarovla şərik olub, Masallının icra hakimi Rafil Hüseynovla yola getmir, narkotik alverində adı keçir və s. ilaxır...

Bir deputatın nə qədər neqativ əməlləri varmış və bir fakt çıxmır ki, seçicilərin, sahibkarların probleminin həllində vasitəçilik edib. Bu azmış kimi, vikipedik məlumatları da yoxa çıxıb.

Masallının deputatı internetdən istifadə edə bilmir.

O, haqqında yazıları oxumaq üçün texniki bilikləri olan köməkçisindən yararlanır, elektron poçtla məktub göndərməyi bacarmır, Feysbuka qoşulmur və yeganə vikipedik məlumat idi ki, onu da sildirib.

Məlumatlara görə, ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə gətirilir. Vaxtilə bu biznesdə deputat İrandan olan şəriki ilə çalışıb.

Lakin günlərin birində şəriki ilə birlikdə deputat həbs edilib. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska ilə çıxarılıb. Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb.

Bu narkotiki düyü kisələrinin içinə deputat ortağının qoyduğunu bildirsə də, buna inanan olmayıb. Külli miqdarda pulun müqabilində deputatın ortağı azad olunub və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişib.

Şəriksiz qalan deputat bir müddət biznesindən də əlini üzüb. Deyilənə görə, sonradan Nəriman Əliyev Akif Çovdarova çıxış tapıb və onunla yaxınlaşıb. Nəticədə generala hər ay haqq vermək şərtilə biznesini davam etdirib. \\regionxeberleri.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.