Raqub Məmmədov sələmçi direktoru Ağdam Təhsilinin başına gətirir
18-06-2015, 22:59
Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov rayonda “sələmçi Xəqani” kimi tanınan 96 saylı məktəbin direktoru Xəqani Nəzərovu Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirmək üçün bütün imkanlarını səfərbər edib.
Ağdam təhsilinin başı böyük dərdə girib. Buna səbəb isə Elmira Şükürovanın Ağdam Təhsil Şöbəsi müdirliyndən alındıqdan sonra boş qalmış şöbə müdirinin kreslosonun doldurulmasıdır. Qeyd edək ki, Ağdam rayon icra hakitmiyyətinin başçısı Raqub Məmmədov öz sinif yoldaşı Rahil Allahverdiyevi şöbəyə müdir gətimək istəyirdi. Hazırda Rahil Allahverdiyev Raqub Məmmədovun daxili əmrinə əsasən Ağdam Təhsil Şöbəsində müdir əvəzi olaraq çalışır. Lakin son baş verən olaylar və mətbuatda yayılan bir sıra xoşagəlməz məlumatlar artıq Rahil Allahverdiyevin Elmira Şükürovanın kreslosuna oturmasını imkansız hala gətirib.
Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiynə görə artıq təhsil naziri Mikayıl Cabbarov qəti şəkildə Rahil Allahverdiyevin Ağdam Təhsil Şöbəsinə müdir gətirilməsinə qarşı çıxıb. Buna səbəblərdən biri də Ağdam məktəbləri direktorlarının ölkə prezidentinə və nazirə şikayət ünvanlamaları olub. Həmin şikayətdə isə direktorlar şöbə müdiri əvəzinin icra başçısı Raqub Məmmədovun adından onlardan pul tələb etdiyi bildirilirdi.
Bundan başqa bildirilir ki, TQDK sədri Məleykə Abbaszadə də Rahil Allahverdiyevə həddindən artıq qəzəblənib. Buna səbəb isə orta məktəblərdə buraxılış imtahanları üçün Rahil Allahverdiyevin şagirdlrədən pul tələb etməsi olub. Şöbə müdiri əvəzi şagirdlərdən topladığı pulları imtahanları keçirən TQDK əməkdaşlarına verəcəyini bildirib. Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq AzMedia.info yaymışdı.
AzMedia.info-nu məlumatlandıran mənbə bildirir ki, Raqub Məmmədov sinif yoldaşı Rahil Allahverdiyevi Təhsil Şöbəsinə müdir gətirə bilməyəcəyini görərək, yeni namizəd ortaya qoyub. İcra başçısının yeni namizədi isə Ağdamda hər kəsin “sələmçi Xəqani” kimi tanıdığı Xəqani Nəzərovdur. Qeyd olunur ki, Xəqani Nəzərov 96 saylı məktəbin direktoru olsa da, o, demək olar ki, pedoqoji fəaliyyətdən başqa hər şeylə məşğul olur və adı hər zaman qalmaqallarda hallanır. Ağdamda Xəqani Nəzərov la bağlı yaşanan ən son qalmaqal isə məktəb direktorlarından birinin ailəsinin dağılması ilə əlaqədar olub. Həmin qalmaqal hətta Ağdam Təhsil Şöbəsinin maarifyanı şurasında müzakirə olunub. Baş verən qalmaqal isə rayon sakinlərinin qəzəbinə səbəb olub.
Bildiririlir ki, Ağdamda hamının “sələmçi” olaraq tanıdığı Xəqani Nəzərovun Raqub Məmmədov üçün önəmi isə “sələmçi” direktorun onun oğlu Sənan Məmmədovla Bakıda şərikli biznesə sahib olmasıdır. İcra başçısı oğlunun biznes şərikinin Ağdam Təhsil Şöbəsinə müdir gətirəcəyinə söz verib. Hətta Xəqani Nəzərovun Təhsil nazirinin müavinlərindən biri ilə görüşərək, ona 100 min manat verdiyi iddia olunur. İndi isə hər şey Təhsil naziri Mikayıl Cabbarovun imzasına bağlıdı. Çünki yaxın günlərdə Raqub Məmmədovun Xəqani Nəzərovun təqdimatını Mikayıl Cabbarova yollayacağı bildirilir. Mikayıl Cabbarov “sələmçi” direktoru Ağdam rayon Təhsil Şöbəsinə müdir təyin edəcəkmi?. Bu sualın cavabını yaxın zamanda alacağıq.