Xaçmazda tam korrupsiyalaşmış səhiyyə - Nazir bunu bilir?
7-07-2015, 21:40
Xaçmaz Səhiyyə idarəsi ilə bağlı AzFakt.com-a daxil olan məlumata görə rayon mərkəzi xəstəxanasında özbaşınalıq pik həddə çatıb. Məlumatda qeyd olunur ki, hazırda Xaçmaz xəstəxanası demək olar fəaliyyət göstərmir. Mərkəzi xəstəxanada müasir tibb avadanlıqların olmasına baxmayaraq rayon sakinləri Xaçmazda fəaliyyət göstərən özəl tibb müəsiəssinə daha çox müraciət edirlər. Çünki Səyyaf Tağıyevin rəhbərlik etdiyi rayon səhiyyəsi başdan ayağa korrupsiyanın içindədir. İnformasiya mənbəmiz bildirir ki, Mərkəzi xəstəxanada qeydiyyyat otağından başlayaraq əməliyyat masasına kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi quluğun olmamasına görə sakinlər rayondakı iki özəl klinikaya daha çox müraciət etmək məcburiyyətində qalırlar. Səyyaf Tağıyevin baş həkimi olduğu tibb ocağında isə əlini cibinə salmayan xəstələr və onların yaxınları üçün əlavə problemlər yaradılır.
Hazırda rayonda 91 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Rayon kəndlərində fəaliyyət göstərən tibb məntəqələri isə demək olar ki, yox vəziyyətindədir. Bu tib məntəqələrindən yalnız dərman və sarğı pereparatlarının silinməsi üçün istifadə olunur. Rayon sakinlərinin bildirdiyinə görə Səyyaf Tağıyev işi gücü tibb məntəqələrinin hesabına dövlət vəsaitlərini mənimsəmək və özünə var dövlət yığmaqdan ibarətdir. Baş həkim hər dəfə bəh-bəhlə Mərkəzi xəstəxananın təmirindən, ordakı müasir aparatlardan danışır. Amma yaxşı bilir ki, son illər Xaçmaz sakinləri rayon Mərkəzi xəstəxanasına gəlmirlər. Çünki Səyyaf Tağıyevin rüşvət sistemi bütün sakinləri bezdirib. Və onlar normal tibbi müayinə, düzgün analiz, rüşvətsiz həkim axtarışındadırlar.
Rayon sakinləri iddia edirlər ki, Mərkəzi xəstxanada «tibb bacısından tutmuş həkimlərə, eləcə də xəstəxananın rəhbərliyinə kimi az qala hər kəs xəstənin onların maraqlarını təmin etməsini gözləyir. Xəstəxanaya yolun düşən kimi hamı sənin geyim-keciminə, xarici görkəminə fikir verir. Əgər kənardan imkanlı adam təsiri bağışlasanız, o zaman tibb personalı sizi gülərüzlə qarşılayacaq və dərhal nədən şikayət etməyinizlə maraqlanacaq. Yox əgər xarici görkəminizə baxanda imkansız olduğunuz başa düşülsə, onda yanınıza belə gələn olmayacaq. Artıq Xaçmazda hamıya bəllidir ki, rayonun xəstəxanasında çalışan tibb işçiləri xəstənin müalicə olub-olmaması ilə qətiyyən maraqlandırmır».
Bundan başqa xəstəxananın stasionar şöbələrində vəziyyətin acınacaqlı və Profilaktik-müalicə sisteminin keyfiyyətinin olduqca aşağı olduğu iddia olunur. Həmçinin Xaçmaz rayonunun kənd ambulator məntəqələrinə dərman və tibbi ləvazimatlarının ümumiyyətcə verilmədiyi bildirilir. Mərkəzi xəstəxanın özündə blə dövlət tərəfindən vətəndaşlara verilən 161 adda dərmandan isə əsər əlamət belə yoxdur. Sadəcə bəzi ağrıkəsici, ucuz pereparatlar və sarğı ləvazimatları tapmaq mümkündür. Hər il Xaçmaz rayon Mərkəzi xəstəxanasına 400 min manatlıq dərman və sarğı pereparatları ayrılır. Ayrılan dərman və sarğı pereparatlarının böyük bir hissəsi Səyyaf Tağıyev və “komandası” tərəfindən silinərək mənimsənilir. Dövlət büdcəsindən ayrılan digər vəsaitlər isə kənd məntəqələrinin cari təmiri və digər avadanlıqlarının alınması adı altında sənədləşdirilərək Səyyaf Tağıyevin cibinə axır. Bu işdə onun əsas yardımçısı isə rayon mərkəzi xəstəxanasının baş mühasibi olduğu deyilir. Rayonda “Qoca maxinator” ləqəbi ilə tanınan bu baş mühasib demək olar ki, var dövlətinə görə Səyyaf Tağıyevə bərabər biridir. Mənbəmiz bildirir ki, rayon xəstəxanasındakı bütün maxinasiyaların başında dayannan baş mühasib hər ay dövlət büdcəsindən külli miqdarda vəsait oğurlmaqla özünə yaxşı var dövlət qurub. Baş mühasibin Nabran ərazisində dəbdəbəli villası və bir neçə obyektinin olduğu deyilir.
Bildirək ki, Xaçmaz mərkəzi xəstəxanası ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə bu səhiyyə ocağında baş vrən maliyyə pozuntuları ilə bağlı oxucularımıza ətraflı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.