Sumqayıtda kompüter vasitəsilə qumar oyunları təşkil olunur - Yenə yəhudi Genanın adı hallanır

5-08-2015, 21:54           
Sumqayıtda kompüter vasitəsilə qumar oyunları təşkil olunur - Yenə yəhudi Genanın adı hallanır
1998-ci ildə məhrum Heydər Əliyevin son qoyduğu qumarxanalar yenidən paytaxt və iri şəhərlərdə fəaliyyətini bərpa edib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir paytaxtda, xüsusilə, Nəsimi rayonu ərazisində və mikrorayonlarda lotoxanalar fəaliyyət göstərir.
Eyni hal Sumqayıtda da müşahidə olunub. Bəzi yerlərdə isə kompüter vasitəsilə qumar oyunları təşkil olunur. Özü də bu qumarxanalar gizli fəaliyyət göstərmir. Məlumatda deyilir ki, buna səbəb qumarxanaların yüksək səviyyədə himayə olunması ilə bağlıdır. Bəzi iddialara görə, qumarxana işlədənlər ərazi üzrə rəhbərliklə anlaşdıqdan sonra bu işi görməyə başlayırlar. Verilən xəbərə görə bu biznesin başında yəhudi Gena deyilən bir nəfər dayanır.
Məlumat üçün deyək ki, mərhum Heydər Əliyev qumarxanaların fəaliyyətinə 1998-ci ildə qadağa qoyub. 1998-ci ildən sonra Azərbaycanın heç bir yerində qumarxana fəaliyyət göstərməyib. Görünür, bu sahənin yaxşı gəlir mənbəyi olması qumarxanaların himayədarlarını Heydər Əliyevin qadağasını pozmağa həvəsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru