Səlim Müslümovun kadrları "Əsədovalar cütlüyü“ yeni naziri “ram“ edə biləcəkmi?

22-05-2018, 05:59           

Səlim Müslümovun nazir postundan vurulmasının ardından aparılan araşdırmalar zamanı korrupsiya hallarının, mənimsəmə faktlarının ortaya çıxdığı deyilir.

Rezonansa səbəb olan faktlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müalicə panisionatlarında baş verən mənimsəmə hallarının daha çox olduğu haqda da məlumatlar dolaşır. Artıq Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında əlillər etiraz ediblər. Etirazçılar pansionatın direktoruna, ordakı şəraətsizliyə və baxımsızlığa qarşı narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Şağanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə Əsədova Bilgəhdəki Qocalar Evinin direktoru Qətibə Əsədovanın qızıdır. Ana – bala cütlük Səlim Müslümova yaxınlığı ilə seçilib. Qətibə Əsədova Səlim Müslümovun sayəsində qızı Pərvanə Əsədovanı Müharibə Əlilləri üçün Müalicə Pansionatına, bacısı qızını isə Şağan 3 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evinə direktor təyin etdirib.

Diqqət yetirilməsi gərəkən məqam ondan ibarətdir ki, S. Müslümov Pərvanə Əsədovanı müalicə pansionatının direktoru vəzifəsinə SEVGİLİLƏR GÜNÜ (təqvimin 14 fevral səhifəsi) təyin edib. Özəl gündə belə bir təyinatın verilməsi heç də təsadüfü deyildir.

Əldə etdiyimiz məlumatlara görə müalicə pansionatlarına nəzarəti də nazirin yaxın adamı kimi Qətibə Əsədova həyata keçirirmş. Hər ay həmin pansionatlardan pul yığıb Müslümova verirmiş. Bütün digər təyinat məsələlərində də məhz Q. Əsədovanın oynadığı rol böyük olurmuş.

Səlim Müslümovn gözlənilmədən gedişi Qətibə və Pərvanə Əsədovalar üçün zərbə olub. İndi onlar yeni nazirə yol axtarırlar. Yeni nazir isə Müslümovun komandasını parçalayıb, ona yaxın olan adamlar işdən qovur.

Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, pansionatda müalicə olunan əlillər içməli su üzünə həsrət qalıblar. Tərkibi bilinməyən, nə vaxt gətirildiyindən heç kəsin xəbər tutmadığı köhnə bir quyunun suyundan içməyə məcbur olurlar. Verilən xörəklər keyfiyyətsiz olduğundan ürək bulandırır.

Xəbər veririk ki, yeni nazirdən gözləntilərdən biri də məhz Şağan Əlillər Pansionatında, Bilgəh Qocalar Evində ciddi yoxlamaların aparılması, Səlim Müslümovun yaxın adamları olan Əsədovalar barəsində ciddi ölçülərin götürülməsidir.
RealMedia.az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.