NASİST SALAMI VERMƏYƏN YEGANƏ ADAM - Bir fotonun TARİXİ
17-09-2019, 00:25
Cəsarət ölümsüzlüyə,
Qorxaqlıq isə ölümə aparır.
1936-cı il. Hitler Almaniyasında Ağ-qara
Bir fotoşəkilin məna və danışdıqları.
Fotoşəkildə bir insan seli var. Hamısı da barmaqlarını birləşdirdiyi sağ əllərini irəliyə doğru uzadıblar. Nasist salamı verirlər.
Və o insan selinin ortasında bir adam, yalnız
Bir nəfər qollarını çarpazlayaraq durur.
Nasist salamı verməyi rədd edən o adamın adı; August Landmesserdir
August Landmesser, o ağ-qara fotonun çəkildiyi 1936-ci ildə 26 yaşında idi. 1931- də Nasist Partiyasına üzv olmuşdu. Amma 1935'də Hitler rejiminə meydan oxuyaraq Yəhudi mənşəli 22 yaşlı İrma Eckler ilə evlənmişdi.
Meydan oxudu;
Çünki Alman qanunları bir Almanın bir Yəhudi
İlə evlənməsini qətiyyən qadağan etmişdi.
Evliliyin ilk ayında Landmesseri
Nasist Partiyasından çıxardılar.
Məhəl qoymadı; İkinci dəfə meydan oxudu: İrma ilə evliliyindən iki qız sahibi oldu. 1935'də Ingrid gəldi dünyaya, 1937'də isə Irene.
1936-cı ilin bir günü o ağ-qara fotoşəkil, Hamburqda "Blohm&voss" döyüş gəmisinin dənizə endirilməsi mərasimində çəkilib.
İnsan selinin ayaqda durub Nasist salamı verdikləri o an. Tədbir yerinə Adolf Hitler gəlmişdi. Və o insan selinin ortasında August Landmesser qollarını çarpazlayaraq dayanmışdı.
Yox demək cəsarətini göstərdi. Hitlerə və Nasist rejiminə.
August Landmesser və xanımı İrma Eckler, 1938'də həbs olundular.
"Alman irqini çirkləndirmək" cinayətindən mahküm olub əmək düşərgələrinə göndərildilər. August Landmesser 1941'də bəraət aldı, amma dərhal cəbhəyə göndərildi.
Sonra da bir daha ondan xəbər alan olmadı. İrma Eckler isə 1942'də əmək düşərgəsində öldü.
İki uşaqları uşaq evinə verildilər amma həyatda qalmağı bacardılar. Aradan yarım əsr keçib, lrene bir Alman qəzetinin nəşr etdiyi o ağ-qara fotoda atasını tanıdı.
Və qürur duydu. Nasist salamı verən bir insan selinin ortasında qollarını çarpazlayaraq Hitlerə "Yox demək cəsarəti" ni göstərən bir gənc adam.
Cəsarət nədir?
Bir Latın atalar sözündə: "Cəsarət ölümsüzlüyə, qorxaqlıq isə ölümə aparır" deyir.
August Landmesser cəsarətinin əvəzini həyatı ilə ödədi, amma ölümsüzləşdi.
Ölümsüzləşməsə, o ağ-qara foto bu gün cəsarətin ən ülvü nümunəsi kimi yaddaşlarda qala bilərdimi?
Teref.az