Dünyanın açılmamış sirləri - 3 metrlik sümük, 150 millimetrlik insan - FOTOLAR

20-12-2015, 11:16           

Dünyada sirri bu günə kimi açılmamış məsələlər, çözülməmiş müəmmalar kifayət qədərdir. Bunlardan biri də qeyri-adi insan qalıqlarıdır. Yer üzünün ayrı-ayrı yerlərinə müəyyən edilmiş skeletlərin sirri bu günə kimi açılmadığından onlar ətrafındakı müzakirələr davam etməkdədir.

Redaksiyamız qeyri-adi insan qalıqlarını təqdim edir:
Linkolnun divləri – Nyu-York mətbuatının Viskonsində qəribə məzarlığın aşkarlanması xəbərlərindən sonra geniş müzakirə mövzusuna çevrildi. Xəbərlərdə bildirilirdi ki, məzarlıqda inanılmaz dərəcədə böyük ölçülərə malik insan sümükləri aşkarlanıb.

Dərhal qazıntı işlərinə başlanıldı və məzarlıqdan 18 ədəd böyük sümüklər tapıldı. Sümüklərdən ikisinin uzunluğu hətta 3 metrə çatırdı.
Qeyd edək ki, ötən əsrlərdə nəhəng insanların olması faktlarına ayrı-ayrı mənbələrdə rast gəlinir. Görünür, ABŞ prezidenti bir zamanlar “soyu tükənmişlər ABŞ-dakı bütün məzarlıqları dolduracaqlar” – dedikdə bunları nəzərdə tutub.

“Star child”in kəlləsi Meksikada, tərk edilmiş mədən quyularından birində tapılıb. Bu kəllə həm quruluşuna, həm də görünüşünə görə insan kəllələrindən fərqlənir.

Kəllənin naməlum uşağa aid olduğu deyilir. Lakin onun beyninin həcmi normal insanın beynindən böyük imiş.

Arxeoloqlardan bəziləri isə bu uşağın Yer kürəsində yaşamış insan deyil, yadplanetli olduğunu iddia edirlər. Lakin sümüklərin başında xəstəlik olmuş insana məxsus olduğunu deyənlər də var.

“Alien Worship” də 1999-cu ildə Meksikada aşkarlanıb. Normadan artıq böyük kəlləyə və uzun qollara malik sümüklərin sayı cəmi 13 ədəd idi. Çoxları bu 13 müəmmalı insanın yadplanetli olduğunu iddia edirdi. Amma bu suala cavab tapan olmadı: - yaşı 1000-1100 il kimi təxmin edilən məzarlığa “yadplanetli” güman edilən 13 nəfər necə dəfn edilib?

Atakama skeleti Atakama çölündə sakinlərin tərk etdiyi, qədim qəsəbədə tapılıb. Onun uzunluğu cəmi 150 millimetrdir. Araşdırmaçı Mensenin sayəsində aşkarlanan skelet bir sıra qeyri-adiliyi ilə geniş müzakirələrə yol açdı. Onun qeyri-adiliyi yekə kəlləsi və cəmi 10 qabırğaya malik olmasıdır.

Arxeoloqlar ilk öncə bu qeyri-adi insan qalığının qədim dövrə aid olduğunu bildirdilər. Lakin tədqiqatlar Atakama skeletinin cəmi bir neçə onillik bundan əvvələ aid olduğunu ortaya çıxardı.Publika.az/
Mütəxəssislər onun 6-8 yaşa malik olduğunu ehtimal edirlər.
Dünyanın açılmamış sirləri - 3 metrlik sümük, 150 millimetrlik insan - FOTOLAR

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.