Saxta COVID pasportu şəbəkəsinin aqibəti... .. .Kim tutuldu, kim qaldı?!

13-10-2021, 16:08           
Saxta COVID pasportu şəbəkəsinin aqibəti... ..
Bir söz deyim qəribçiliyə salmayın. Bu #saxta #COVID #pasportları ilə bağlı, nə qədər adam saxlandı. Peşə hüququnu itirdi, işsiz qaldı, tutuldu. Əksəriyyəti gənc, ailə sahibi idi. Bir xeylisi də qadın. Amma rəsmi qurumlar bu əvrakda saxtakarlıq işinə görə saxlanılanlara, yəni ən aşağı, ən kiçik vəzifə tutanlara aid olan məlumatları açıqladı. Bir yüksək vəzifəliyə cinayət işi açıldığını görən olmadı. Halbuki bu iş, şəbəkə işidir əlbət. Təxminən belə.
Müdirin üstündəki müdir razılaşmasa, balaca müdirün ixtiyarı nədir, mıqqırını çıxarsın?!
Balaca müdir, yekəyə arxalanmasa,şöbə müdürünə "dobro" verməyə cürət edə bilməz.
Şöbə müdiri, balaca müdirin, böyük müdirdən razılıq almadığını bilsə, qorxudan əlini tərpətməyə ürəyi gəlməz.
Cımcıqqılı işçı hamının bilmədiyini bilsə. Nəyinə lazımdı öznü cəncələ salsın?
Indi bu zənciri biz bilirik də aidiyyatı qurumlar bilmirmi?!.
Yox əgər ki, yuxarıdan oturub, aşağının əli ilə rüşvət yığırdırmaqsa, o ən aşağıdan pul yığan "qulu" niyə tuturlar, cəzalandırırlar?
Niyə bu qara işin fəhləsinə cəza kəsilir?
Əksəriyyəti qadın olan bu adamların niyə ailəsi dağılır, işi əldən çıxır ki?
Elə hamını açın buraxın, açılan cinayət işlərini də bağlayın birdəfəlik?
Bu arada, məsələ TƏBIB-in keçmiş rəhbərliyinin dövründə daha aktual olub, o heyətdən kimsə prosesə cəlb edilibmi? Hanı? Kimdir o? Bəzi tibb işçilərinin iş yerlərini, bəzi hallarda niyə müvəqqəti dəyişirdilər? Bunu araşdıran olubmu?
Eyni zamanda bir onu da araşdırın ki, niyə əvvəldən bütün dünyada olduğu kimi normal təbliğatı aparılmadı bu peyvəndin? Niyə insanların gözünü qorxutdular? Bəlkə elə məqsəd bu idi? Peyvənd xofu yarat, adamları hürküt, dəli elə, onlar da min yol arasın ki, peyvənd vurdurmasın. Onda da sən qazanc yeri düzəld özünə, saxta pasport ver. Bu çirkin və çirkli işdir. Insanlığa da, vətəndaşlığa da, məmur adına da yaraşmır.
Jalə Mütəllimova
13.10.2021.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.