Cüneyt Arkın sevgisinin hardan gəldiyini çoxu anlamır
29-06-2022, 09:29
Görürəm, Cüneyt Tarkın sevgisinin hardan gəldiyini çoxu anlamır. Öz aktyorlarımızla müqayisə edirlər.
Bu aktyor üçün kədərlənmə deyil. Dünyadan böyük insanın, şəxsiyyətin getməsi üçün olan kədərdir.
Şəxsiyyət!
Bu yaxınlarda restoranda bir "Metr" gördüm. Simasizlıqla zəngin olan bir nəfərin qarşısında boynubükük oturub, ondan əmr gözləyirdi.
Halbuki istedad fışqırır adam.
Problem aktyorlarin yaxşı olmasında deyil. Bizimkilər şəxsiyyət ola bilmir. Öz sözləri, düşüncələri yoxdur, qorxduğu çox şeylər var.
Rasim Balayev deyir ki, ay camaat, mən sadəcə Babəki oynamışam. Babək deyiləm ey, nə qəhrəmanlıq istəyirsiniz məndən?
Halit Ergenc isə gedib oturdu Gəzi parkinda. Dedi ki, mən bu xalqın Sultan Süleymanını oynamışam, mənə evdə oturmaq yaraşmaz belə gündə, xalqımın yanında olmalıyam. Fərq bundadır.
Bu həmin xalqdır, Fuad Poladov öləndə burda ondan yazmayan, üzülməyən olmadı. Bir aktyor deyil sadəcə, nəhəng bir şəxsiyyət itirdik çünki.
Problem xalqda deyil, şəxsiyyət ola bilməkdədir.
Vəzirova deyirlər ki, niyə incəsənət xadimlərini qəbul etmirsiniz? Deyir, teatrın, mədəniyyətin problemini qoyub hərəsi öz uşağına bir vəzifə istəyir. Niyə çağırım?
Bu qədər sadə!
Cüneyt Arkın böyük insan idi.
Dünya, başın sağ olsun!
İradə İsak