Son sözü: "Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm... Əlvida!"...
15-07-2022, 12:39
Bu bizik ?!
Bu gün AC dövründə Milli Ordumuzun düşünən beyni , bütün həyatı müharibələrdə keçən general-leytenant, Baş qərargah rəisi, polyak əsilli Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür
...Bu gün bizdən fərqli olaraq ona Varşavada heykəl ucaldılıb.
Rusiyada təhisil alıb hərbi yüksəlişə sahib olsa da general könüllü olaraq Azərbaycanda Məmməd bəy adını qəbul edib. Özü Hərbi Nazirliyin dəftərxanasına məxsus sənəddə belə yazıb: "Dinim müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm".
Bu sözlər isə M.Ə.Rəsulzadənin əmisioğlu, həmin gecə general Şulkeviçlə eyni kamerada yatan Məhəmməd Əli bəyin dedikləridir: "Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: "Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!".
Kim idi Sulkeviç ?!
Çox sadalamaycağam və ona görə də qısaca olaraq deyim ki, onun Baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətlənib, ordunun döyüş hazırlığı isə xeyli təkmilləşmişdi...
Sulkeviçin rəhbərliyi ilə hərbi hissə və birləşmələrdə çavuş məktəbləri yaradılıb, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilib.
Həmçinin qoşun və agentura kəşfiyyatının təşkilinə görə Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunub. Hətda deyim ki, həmin qrupda dərsləri ingilis zabitləri aparırmış.
O, Azərbaycan arasında hərbi paktın imzalanmasında başlıca rol oynayan şəxs olub...
Səfərbərlik elan ediləcəyi təqdirdə dəmiryol xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və Denikin ordusunun Azərbaycana təcavüzü olarsa, qoşun hissələrinin yerləşdirilməsi, Gəncədə arxa cəbhə komandanlığının yaradılması və digər mühüm sənədləri də Sulkeviç hazırlayıb.
1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirib. Daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürüb.
1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək, Rusiyaya gedən denikinçilərin qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunub.
Və s. vəs. yazmaqla bitərmi.?!
Azərbaycan Ordusunun ilk Ümumi Qərargah rəisi general-leytenant Masey (Məhəmmədbəy) Sulkeviç Fövqəladə Komissiyanın hökmü ilə 1920-ci il iyul ayının 15-də güllələnib. Hətda kədər hissi ilə deməliyəm ki, Onun faciəli taleyi ilə bağlı məlumatı da Polşa diplomatik missiyasının üzvləri öz həmvətənlərinə və sonrakı nəsillərə çatdırıb.
Nə deyim ?!
Ruhu şad olsun!
Baba Allahnəzərov
Teref.az