Elitanın deqradasiyasi: ölkələr üçün fəlakət, dünya üçün təhlükə

16-08-2022, 07:12           
Elitanın deqradasiyasi: ölkələr üçün fəlakət, dünya üçün təhlükə
Fəxrəddin MEHDİLİ

Rusiyanın Ukraynaya təcavüzü elitanın keyfiyyət problemini də gündəmə gətirib.

Hesab edilir ki, elita intellekt və yaradıcı potenisalına görə xüsusi sosial təbəqədir.

Cəmiyyətin inkişaf perspektivlərini, məqsədlərini müəyyənləşdirir və bunun üçün strateji qərarlar qəbul edir.

Politologiyada əsasən, siyasi, iqtisadi, hərbi, mədəni-informasiya elitaları fərqləndirilir, qeyd edilən həmin elitaların formalaşmasına və keyfiyyətinə məhz siyasi elitanın təsiri böyükdür.

Sosioloqların fikrincə, elitanın hətta bir faizi, yüksək mənəvi və intelektual keyfiyyətlərə malik olduğu təqdirdə ölkənin bütün sahələrdə mütərəqqi inkişafını təmin etməyə qadirdir.

Siyasi elita öz keyfiyyətinə görə ölkənin dinamik inkişafını təmin edə bilər və ya əksinə, mənəvi – intellektual səviyyəsinə görə deqradasiya uğradıqda ölkənin inkişafını ləngidə və hətta məhv edə bilər.

Son illərdə siyasi-elmi institutlar tərəfindən dünya ölkələri elitalarının keyfiyyətlərinin müəyyən edilməsinin metodikası hazırlanıb.

Elitanın keyfiyyətinin müəyyən edilməsi dörd baza prinsipi əsasında aparılır: siyasi hakimiyyət, siyasi dəyərlər, iqtisadi hakimiyyət, iqtisadi dəyərlər.

2020-ci il üçün dünya ölkələri elitalarının keyfiyyətinin reytinq cədvəlinə görə birinci beşliyə - Sinqapur, İsveçrə, Almaniya, ABŞ və Böyük Britaniyanın elitaları layiq görülüb.

Rusiyanın siyasi elitası bu siyahıda axrıncı yerlərdə qərarlaşıb.

Təhlildə göstərilir ki, Rusiya elitası sovet industrial elitasının qarışığı olub, idarəetmənin komanda sistemində işləyir, hədsiz sərvət hərsliyinə malikdir və zamanın tələbinə cavab vermir.

Demokratik elitadan fərqli olaraq avtoritar siyasi elitanın formalaşması qapalı xarakter daşıyır, şəxsi sədaqət, yerliçilik, qohumbazlıq, tayfabazlıq, prinsipləri əsasında formalaşır, elitanın fəaliyyətinə ictimai nəzarətin təsiri yoxdur, elitanın yenilənməsi, təzələnməsi, (elitanın dövriyyəsi) baş vermir, hakimiyyəti əldə saxlanılması üçün zorakılıqdan, manipulyasiyadan geniş istifadə edilir.

Ən fəlakətlisi odur ki, əks elita (real müxalifət) təqib və məhv edilir.

Nəticədə siyasi elitanın intelektual deqradasiyaya baş verir, düzgün strateji qərarlar qəbul etmək imkanlarından məhrum olur, paralel olaraq korrupsiyaya uğrayır, sərvət hərisliyi və harın həyat tərzi onu mənəvi deqradasiyaya aparır və legitimlikdən məhrum edir.

Bu proseslər bütün avtoritar elitaya bu və ya digər formada aiddir.

Avtroritar idarəetmədə əks siyasi elitanın (real müxalifətin) sıradan çıxarılması ölkəni fəalkətə aparır.

Rusiyada müxalifətin aparıcı lideri Boris Nemtsov 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib.

O, ölkənin demokratik dəyərlər əsasında inkişafı üçün ardıcıl mübarizə aparırdı, Ukrayna ilə dostluq, sülh şəraitində yaşamağın tərəfdarı idi.

Bugünkü müharibə də onun dediklərini, proqnozlarını təsdiq edir.

Digər müxalifət lideri A.Navalnının ölümünə sui-qəsd göstərilməsi, sonrakı həbsi Rusiyada əks siyasi elitanın tamamilə məhvinə apardı.

Müxalifətin məhvi müharibə qərarını reallaşdırdı, hər iki ölkənin xalqlarına fəlakət və dünyaya təhlükə gətirildi.

Hazırda qüvvələrin nisbəti dünya demokratik elitasının xeyrinə surətli dəyişir.

Dünya hədsiz qloballaşdığından hər hansı bir ölkədə baş verən ədalətsizlik bütün dünya üçün təhlükədir.

Bütün insanlar Yer kürəsi gəmisinin üzvləridir. Ona görə də demokratik dünya Ukrayna xalqının yanındadır.

Hazırda Ukrayna dəyişir və eyni zamanda, dünyanı da dəyişdirir.

Ümumiyyətlə, avtokratiya özünə məxsus elitanı formalaşdırır.

Ən əsası odur ki, avtoriatr elitanın formalaşması və fəaliyyəti cəmiyyətin inkişaf qanunlarına uyğun deyildir, ona görə də onun deqradasiyası labüddür.

Deqradasiya uğramış elitanın yola salınması isə xalqların hüququ, vəzifəsi və məsuliyyətidir.
qlobal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.