Məhəmmədəmin Rəsulzadənin əmisi qızı, İstiqlal şairimiz Ümgülsüm xanım (Rəsulzadə) Sadıqzadəni anırıq...

17-09-2022, 12:32           
Məhəmmədəmin Rəsulzadənin əmisi qızı, İstiqlal şairimiz Ümgülsüm xanım (Rəsulzadə) Sadıqzadəni anırıq...
Bu gün Məhəmmədəmin Rəsulzadənin əmisi qızı, İstiqlal şairimiz, türklüyü ilə qürur duyan, sovet rejimi ilə barışmayan 37 -ci ilin 37 yaşlı qurbanı, adı İstiqlalımızla qoşa çəkilən Ümgülsüm xanım (Rəsulzadə) Sadıqzadənin dünyadan köçdüyü gündür...
...Hər payız Ümgülsüm xanımın ölümü bir yaş da qocalır. Amma yox, özü elə o vaxtkı kimi cavan-44 yaşında qalır. Bu gün o, bizdən uzaqlaşdıqca, biz ona yaxınlaşırıq...
Sadıxova Ümgülsüm Əbdüləziz qızı, 1900-cü ildə Bakı şəhərinin Novxanı kəndində anadan olmuşdur anadan olmuşdur. İbtidai təhsilli, evdar qadın olub. Fars və türk dillərini, daha sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını Umgülsümə valideynləri öyrətmişdilər.
.....Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış, yarımçıq qalmış həyat...
Çətindir mənim üçün yazmaq....Böyük insanların taleləri həmişə acı olur əslində ...Onlar haqqında yazarkən sanki onların yaşadıqlarını yaşamış olursan ...Üstündən illər ötsə də...

O, həm də Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, "Müsavat" Partiyasının qurucularından olan Məmmədəli Rəsulzadənin bacısı, şair Seyid Hüseynin həyat yoldaşı idi... Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə ilk dəfə repressiyaya uğrayan yeganə xanım şairimizdir...
Təbii ki, Umgülsüm xanım repressiya dalğasının günahsız “günahkar”ı idi ...Və bəziləri düşünür ki, ən böyük “günah”ı pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məhəmməd Əmin Rəsulzadənin isə yaxın əmisi qızı olması olub. Şübhəsiz, bu da böyük rol oyanyıb ...Lakin ən böyük "günahı "yaradıcılığında olan millətçilik, azadlıq eşqi idi ki, onu sonralar millətindən, azadlıqdan uzaq saldı...“
Və rus işğalını nifrəti ilə

Ey buzlu şimaldan qopan rüzgar!
Toxunma qəlbimə, atəşi parlar” -qələmindən süzdürürdü...
.....Mən indi onun "axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdiyi ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunət iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!” kimi qələmə aldığı dəhşət və qan donduran xatirələrindən, uşaqlarının yanına qayıtmaq üçün Stalinə məktublarından, bəraət alıb Bakıya qayıdarkən burada yaşamasına qoyulan qadağaya görə qızı Qumralla Şamaxıya üz tutmasından yazmaq istəmirəm...
Bu qadının həyatı başdan yağa kədərdir, nisgildir və dəhşət saçır
Amma bütün bunlara baxmayaraq ömrünün sonuna kimi Aprel işğalın münasibətini göz yaşları içərisində qarşılayaraq bildirirdi Bi bunu onun "Bayrağım enərkən” şeirində əyani şəkildə görürük:
Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?

Onun ailə dramını oxuduqca deməyə söz tapmırsan...Ümmügülsüm хanım sentyabrın 17-də 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur. Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxının Xəndan qəbiristanlığında dəfn edirlər Və nə yaxşı ki, bu məzar ölümündən düz 57 il sonra tapılır .Və bu gün hansı vəziyyətdədir bilmirəm...Bu gün məzarının üstünə gedən olcaqmı yenə də bilmirəm...Getməyənlər üçün və bilməyənlər üçün deyim ki, məzarının üstündə isə məşhur şeirindən bu misralar var:
Mən saralıb sollam qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə,
Gözüm qaldı çiçəklərdə, güllərdə,
Gül dərmədim, düşdüm çəmən ayrısı,
Sürgünəm, düşkünəm, vətən ayrısı
...Şairəmizin xatirəsini əbədiləşdirmək üçün Bakıda m və ya .Şamaxıda yaşadığı evlərin qapısına bir xatirə lövhəsi vurulması, adına bir küçə verilməsi, büstünün qoyulması belə görünür ki, gələcək nəsillərin üzərinə düşəcək...
Çox təəssüf ...
Mən isə bu gün məzarı başında olmasam da utansaq -utancaq deyirəm: "Ümgülsüm xanım, illər ötsə də biz səni unutmayacağıq Çünki sən vətən ağrılarınla ürəyimizdə olduğun kimi, illərdir İstiqlalını qazanmış bu vətənin bir parçasısan"
Tarix saxta , yaltaq tarixçilər əlində olsada bu gün başda böyük M. Ə. Rəsulzadə durmaqla bütün cümhuriyyət fədailəri qəlblərdə əbədi olaraq yaşayacaqlar
Ruhu qarşısında təzimlə Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.