TARİXDƏ TÜRKLƏR

30-09-2022, 17:21           
TARİXDƏ TÜRKLƏR
XVII əsr fransız tarixçisi M. Baudier yazır: “Türklər mərhəmət, şəfqət və insanlara yardım etməkdə bütün millətlərdən üstündürlər” (Baudier M., Histoire de la religion des Turcs, Paris 1625).
Türklərin tarixən yabançı qövm və dinlərə hörmətlə yanaşması mövzusu yalnız Türk tarixi üçün deyil, dünya tarixi baxımından da əhəmiyyətli olduğundan onların üzə çıxarılması vacibdir. Əks təqdirdə tarixin bu mühüm amilləri də tarixə gömülmüş olaraq qalacaq.

Əgər Türklərin Cahan hakimiyyəti ədalətə, hakimiyyətləri altında olan xalqların arzu və istəklərinə, insanlıq duyğularına əsaslanmasaydı, Türk qüdrətinin tarix boyu yaşaması da mümkün olmazdı. Türklərin Asiya qitəsinin böyük bir hissəsində fasilələrlə də olsa 20 min il, Hindistanda, Yaxın Şərqdə min il, Afrika qitəsinin şimalında dörd yüz il, Şərqi Avropada üç yüz il hökmranlıq etməsi məhz onların digərlərindən fərqli olaraq hakimiyyətləri altında olan xalqlara tarixdə İmperatorluq yaradan Perslər, Romalılar, Ərəblər, Çinlilər, Ruslar və İngilislər kimi ikinci, üçüncü dərəcəli xalq və əsir kimi yanaşmamalarının, onları istismar etməmələrinin nəticəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru