Batin alimi yazır: Novruz - Azər Allahının ölüb-dirilməsinin bayramıdır
24-03-2023, 17:21
Qədim müdriklərin məntiqində Novruz rəmzi - Azər, yəni Asar-Osiris Allahı deməkdir. Asar sözü isə İsa-Ra, yəni "Ra günəş Allahının ruhu", "Ruhlar günəşi" və s. mənalarını verir. Başqa sözlə, sufi məntiqində Novruz bayramı qədim Misirin Ra günəş Allahı ilə bağlıdır. İran mənbələrinə görə Novruz - Cəmşid şahın göydə Kəyan taxtı qurub, burada günəştək qərar tutmasının bayramıdır. Bu o deməkdir ki, Novruz bayramı həqiqətən Ra günəş Allahı ilə bağlıdır.
Qədim Misir yazılarına görə, Allah əvvəlcə bəşəriyyətə hakim kimi Osirisi, yəni Asar/Azər Allahını, sonra digər Allahları yaratmışdır. Osiris Allahı mətnlərdə, bütün Allahların ümumi obrazında, yəni Gel şəhərində yaradılmış kosmik Atum Allahı mənasında göstərilir. Atumun yaradılışı Tövratda - Allahın 7 günə var etdiyi dünya kimi rəmzləndirilmişdir ki, burada söhbət yaşadığımız fiziki dünyadan yox, göydəki ruhlar dünyasından, yəni cənnətdən gedir. Qədim müdriklər göydə yaradılmış bu ruhlar ölkəsini - "dövlət", "respublika" və s. kimi də qeyd edirlər. Kitabi Dədə Qorqudda, göydəki bu ölkə - Taş Oğuzun içində yaradılmış İç Oğuz eli kimi rəmzləndirilmişdir (məqalə: "Assuriya - qədim Azərbaycan ölkəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Qədim Misirin yaradılış kosmoqiniyasına görə, firon Amon bu "ölkəni" - öz bədəni formasında ilkin materiyadan, yəni İlahdan var etmişdir. Bu zaman göyləri təşkil edən İlah, nəhəng insan forması almışdır ki, məhz bu forma mənbələrdə Atum, yəni Adəm adlanır. Adəmin var olması ilə, xaotik hərəkət edən İlkin materiya nəhəng canlı sistemə, yəni kamil "insana" çevrilmişdir. Firon (pir) Amon bu kosmik insanın obraz və bənzəri kimi kutiləri, yəni xudalar nəslini və onların varisləri olan firon-bəglər (farnbaq/farbaq) nəslini yaratmışdır. Osiris fironları nəslinin varisləri bizlərə Azəri pir-bəgləri, seyid-şıxları kimi tanışdır. Quranda bu seçilmişlər - Allahın bəşəriyyətdən üstün yaratdığı İsrail oğulları, yəni Azər (Asar) Elinin oğulları kimi qeyd olunurlar (məqalə: "Qurandakı İsrail oğulları - Azəri bəgləridir!", sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html).
Yazılanlara görə, Allah Osiris müqəddəsləri nəsli ilə əlaqə üçün, onların qara ciyərinə xüsusi "əlaqə" funksiyası vermişdir. Məhz bu funksiya vasitəsilə pir-bəglər Allahın göndərdiyi vəhyi qəbul edir və ilkin materiyadan informasiya ala bilirdilər. Onların təbiət və cəmiyyətə fiziki təsir edə bilməsi üçün isə, Allah onlara ilkin materiyadan, yəni İlahdan istifadə qüdrəti vermişdir. İran mənbələrində bu qüdrət - "fərr", "Azər odu", yəhudi mənbələrində isə "dünyanı yaradan silah" adlanır. Yəhudi müdrikləri, "dünyanı yaradan silahın", yəni İlahın Azəri seçilmişlərinə verilməsini, Allahın onlara böyük məhəbbəti kimi qəbul edirdilər. Bu üstünlüklər hesabına Azəri pir-bəglərinin padişahlar nəsli axirətə qədər dünyanı Allahın əmrlərinə uyğun idarə etdilər. Azəri pirlərinin, Allahın varisi olmasının əsas göstəricisi isə, Allahın onlara verdiyi Elmi-Billahdır. Məhz bu batin elmini bilənlər mənbələrdə ayətullah, yəni Allahın sübutu, filosof-şahlar və s. adlandırılırdılar. Mənbələrə görə bütün Avropanı bu "quş dili" bilən gelardlılar, yəni Gel oğulları idarə etmişlər. İsmaili batinilər onları Qor Allahının yolu ilə gedənlər, yəni Həcər-Qacar şahları adlandırırdılar. Gel şəhərinin Qor və ya Ra Allahının nəsli mətnlərdə Herakl/Erakl, Raxil/Raquil, Gelar/Gelarküni və s. kimi qeyd olunurlar. Başqa sözlə, Allahın Özünə qulluq üçün bəşəriyyətdən üstün yaratdığı Osiris fironları (Azəri pirləri) nəsli, Albaniya Ərənşahlarının Atabəglər nəsli olan Gelarküni nəslidir. Batini mənada Gelar rəmzi - Gel şəhərinin Ra günəş Allahı, Gelarküni isə bu günəşin, Allahın "Kün" əmri ilə yaradılması mənasındadır. Qurana görə, Allah "Kün" əmri ilə yalnız əvvəldə gələn Adəmi və axirətdə gələcək İsa peyğəmbəri yaratmışdır.
Qədim Misir yazılarına görə, dünyaya hakim kimi gəlmiş Azər (Osiris) Allahı axirətdə, ona paxıllıq edən qardaşı Set tərəfindən öldürülür. Set rəmzi ən qədim mənbələrdə amorey-suti kimi də keçir və bu rəmz Azəri bəglərinin ümumi adı olan mar-seyid (mir-seyid) anlamındadır. Bu o deməkdir ki, Qor yolu ilə gedən Qacar Atabəgləri nəslinin bu dünyadakı hakimiyyətinə, eyni kökdən olan və mənbələrdə şad bəglər adlandırılan seyid-bəglər son qoymuşlar. Başqa sözlə, bütün Allahların Atası və Ağası olan Ra-Amon Allahı "nəslinin" hakimiyyətini, axirətdə digər bəglərin törəmələri alır. Dünya malına, hakimiyyətə görə axirətdə Allahdan dönən bu Azəri bəgləri Allah tərəfindən lənətlənirlər. Qurana görə onlar – bütlərə pərəstiş etdiklərinə, Allahla bağlı yalan danışdıqlarına, yazılanları təhrif etdiklərinə, həqiqəti bildikləri halda susduqlarına görə lənətlənmişlər. Bütlərə sitayiş dedikdə, Quranın zahiri anlamını, yəni İslamın birbaşa mənasını bütləşdirənlər nəzərdə tutulur.
Qurana görə hakimiyyət Allahındır və O 5200 il bu hakimiyyəti, məhz bu işlər üçün seçdiyi Qacar şahlar nəslinə vermiş və onlar vasitəsilə insanlara xoşbəxtlik və cənnətdə ikinci həyat qazandırırdı. Axirətdə isə şad bəglər və onlarla qarışıqlar Allahdan dönmüş, Onun hakimiyyətinə qarşı çıxmış və adi insanları bütləşdirib, onlara sitayiş etməyə başladılar. Bunlara görə Allah onları lənətləmiş və cənnəti onların üzünə bağlamışdır. Xristianlarda bu lənətlənmişlər, İsa peyğəmbərə, yəni Ra-Amon Allahın ruhunun tənasüh etdiyi Mehdiyə qarşı çıxan İuda kimi qeyd olunur. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri İsanı - Yeşua adlandırırdılar ki, bu da Ya-Şiə deməkdir. Başqa sözlə, Allah ruhunu daşıyan İsa elə şiələrin 12-ci imamıdır. İuda rəmzi isə batini mənada Yaxuda, yəni xuda, kuti deməkdir ki, bunlar da Xəzər (Azəri) Türk bəgləri olmuşlar. Tövratda Azər eli - İzrail (İsrail) kimi keçir və bu ad, Allahla "güləşdiyinə" görə Yaqub peyğəmbərə verilən addır. Batini mənada Yaqub rəmzi - "sufizmin Bəqa səviyyəsində göydə Qeyb aləmi yaratmış bəg" deməkdir. Yaqubun Allahla güləşməsi də, onun bu səviyyədə İlahla vəhdətə nail olması, ondan göydə Azər (Atum) Allahını yaratması mənasındadır (məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html). Rəvayətdə Yaqubun 12 oğlu olur ki, bunlardan Yusif və Bənyəmin Lavanın qızı Raxildən, digərləri isə başqa qadınlardan olanlardır.
Batini mənada Yusif, yəni sif rəmzi ruh deməkdir və bu ruh həm əvvəldə və həm də axırda gələcək Allahın ruhu mənasındadır (məqalə: "Библейский Сиф сын Адама является образом Мессии", sayt: https://firudin.blogspot.com/2021/04/blog-post_23.html). Yusif Misirə köçəndən sonra Yuzarsif adlanmağa başlayır ki, bu da AzərYusif, yəni OsirisYusif deməkdir. Yusifin anası, Lavanın qızı Raxildir və bu rəmzlər Alban ölkəsinin Gelar eli anlamındadır. Başqa sözlə, əvvəldə və axırda gələcək Allahlar bilavasitə Albaniyanın Gelar, Gelarküni eli ilə bağlıdır. Yaqubun digər on oğlu Yusifə paxıllıq edib, onu quyuya atırlar ki, bu paxıllıq da Misir rəvayətlərindəki Setin Azər-Osiris Allahına paxıllıq edib, onu öldürməsi mənasındadır.
Lakin Azərin ölümü, daha dərin batini mənalarda, göydə yaradılmış kosmik Osiris (Atum) Allahının axirətdə yox olması və göylərin 5500 il əvvəl olduğu kimi xaos vəziyyətinə qayıtması da deməkdir. Göylərdə baş verən bu proseslər axirətdə zəlzələlər, kataklizmlarla müşayiət olunacaq ki, bu gün biz bunların şahidiyik. Kosmik Osiris-Azər Allahının məhv olması ilə Atabəglər nəslinin qüdrəti də itir və bununla da İlahi qüdrətə sahib pirlər nəsli adi insana çevrilirlər.
Müdriklərə görə, göylərdə və dünyada baş verən xaos, kataklizmlar, Allah ruhunu daşıyan İsa peyğəmbərin, yəni son şiə imamının göydəki dünyanın "başına" keçənə qədər davam edəcəkdir. İnsan kimi ölüb, Allah kimi dirilən İsa peyğəmbərdən sonra dünyaya yenidən "dirilik suyu" axacaq və yer üzündə xoşbəxt və bar-bərəkətli həyat başlayacaqdır. Qədim dövrlərdə İsa peyğəmbərin və ya Osiris Allahın ölüb-dirilməsi, Attis, Adonis, Tauz, Kibela və s. Allahların bayramı mənasında böyük yaz bayramı kimi keçirilirdi (məqalə: "Novruz bayramının sirləri", sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1151). Kiçik Asiyada ölüb-dirilən Osiris Allahının bu bayramı Gilar bayramı adlanırdı. Axirətə qədərki dövrdə Novruz adlandırdığımız Azər Allahının ölüb-dirilməsi bayramı, axirətdən sonra Gilar bayramı adlanacaqdır. Mətnlərə görə, axirətdəki xaosdan sonra göydə ikinci Azər, yəni kosmik Atum/Adəm və onun daxilində isə ikinci cənnət var olacaqdır. Bu zaman Rəhman Allah - iki dünyanın sahibi taxtını İsa peyğəmbərə, yəni son şiə imamına verəcəkdir. İsanın cənnətinə isə, onun mömin hesab etdiyi çox az insanlar düşəcəklər.
Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg