Batin alimi yazır: İlahdan Allah yaratmış Türk bəgi kimdir?
20-03-2024, 18:31
Türklərin məşhur Gül Tigin, Moyun Çor və digər abidələrində Türk xanı iddia edir ki, “Mən Tanrı tək Tanrı yaratmış” və “Tanrı tək Göydə yaranmış” bilici Türk xanıyam. Digər yerdə xan - "Tanrıda olmasını və oranı El etməsini" xüsusi nəzərə çatdırır. Bunlar o deməkdir ki, Türk xanı - Tanrıdan göydə El, yəni oba, vilayət, aləm yaratmışdır.
Ən qədim mənbələrdə El sözü - İl, İlah, Eloax və s. kimi də yazılaraq ilkin materiyanı, yəni bütün flora-faunaya həyat vermiş İlahi enerjini bildirirdi. Deməli, mətnlərdəki El - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan İlahdan yaradılmış el, vilayət, dünya mənasındadır. Göydəki bu El İlahdan yaradıldığı üçün mənbələrdə Allah mənasını verirdi. Bəs İlahdan göydə El, Allah yaradan Türk xanı kimdir?
Tövratda El – Səlim şəhərinin böyük Allahıdır və buradakı səlim rəmzi islam rəmzi ilə eynidir. Məşhur sufi Mühiddin ibn Ərəbi “Füsusül Hikəm” kitabında, İslama aid etdiyi “Din” rəmzini - “El” rəmzi ilə əvəz edir. Bu o deməkdir ki, Türk xanının göydə yaratdığı El, yəni vilayət elə İslam dini, İslam ərazisi mənasında olan Darussalamdır (xoşbəxtlik evi, cənnət). Başqa sözlə, göydəki bu Səlim Eli – elə İslam Elidir (məqalə: "Allah” sözü bilavasitə türklərə aiddir", sayt: https://gilarbek.blogspot.com/2019/?m=1).
El Allahı ən qədim yazılarda - El-Amurru kimi də yazılır və bu da amoreylərin El Allahı deməkdir. Mənbələrə görə, amoreylərin şahı Aziru (İazer) adlanırdı və onun şahlığı Kadeş şəhərindən başlayırdı. Bu rəmzlərin mənalarını tam anlamaq üçün biz, bu mətnləri tərtib etmiş qədim müdriklərin məntiqinə müraciət etməliyik. Tövratda bu məntiq - ilk insanların vahid səfa dili, yəni sufizm adlanır. Mən də qədim yazıların, rəmzlərin açmasını sufi məntiqi ilə verib, göydə Allah yaradan Türk xanının kimliyini aydınlaşdıracağam.
Hər şeydən əvvəl onu qeyd etmək vacibdir ki, türk rəmzi Assur, Misir mənbələrində teurq kimi yazılır və qam-şamanlıq, maqiya mənasında olmuşdur. Bu rəmzdən teurqiya sözü yaranmışdır və bu da maqik rituallar vasitəsilə "qurban ruhlarından Allah yaradan" mənasını verir. Mən, “Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler" adlı məqalədə bu haqda geniş yazmışam (sayt:
http://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1). Teurq rəmzi mənbələrdə Assur və Misir xalqına aid edilir ki, sufi məntiqində bu rəmzlər Azər, Asar, yəni Osiris mənasındadır. Başqa sözlə, teurqlar Azəri türkləri olmuşlar.
Qədim mənbələrdə amoreylər ölkəsi dedikdə, marların Midiya ölkəsi nəzərdə tutulurdu ki, Midiyanın Kadeş şəhəri digər mətnlərdə Kadus kimi qeyd olunur. Aziru adı Azər deməkdir və bu rəmz Azərbaycan toponimlərində Əsər kimi də qeyd olunur. Azərbaycanda amoreylər, yəni Midiya marları - ad, soyadlarının qarşısında bu gün də "mir" rəmzi qeyd olunan xanlar, pir-bəglər, seyid-şıxlar, yəni Azəri müqəddəsləri nəslidir ki, müqəddəs sözü də kadus rəmzindən yaranmışdır. Bu o deməkdir ki, El-Amurru Allahı - Azəri müqəddəsləri olan seyid-bəglərin, Kadus elinin göylərində yaratdığı ruhlar eli, vilayətidir. Ərəb mənbələrində El-Amurru rəmzi Əli-Əmir (əl möminin) kimi məlumdur. Belə çıxır ki, Türk xanının Tanrıdan yaratdığı El elə imam Əlinin vilayətidir və o İslam dininin Allahı sayılmalıdır. Onun göydəki məhz bu vilayəti - qədim Misir mənbələrində Osirisin ölüm şahlığı adlanırdı. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bu şahlığın yaradılması haqda yazmışam (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).
Digər tərəfdən, qədim Misir mənbələrində Tanrı sözü Neter (Ruten) kimi yazılır və iki dünyanı, yəni yerdəki və göydəki dünyaları birləşdirən ilkin materiyanı, İlahı bildirirdi. Deməli, Türk xanı teurqiya vasitəsilə İlahdan göydə El, yəni İlahi-El yaratmışdır. Şumer mətnlərində İlahi-El rəmzi Luqal kimi qeyd olunur və Böyük Adam mənasını verirdi. Başqa sözlə, Türk xanı göydə İlahdan Böyük Adam yaratmışdır. İslam mənbələrində İlahi-El rəmzi El-İlahi kimi qeyd olunur və Allah kimi oxunur. Başqa sözlə, Türk xanı göydə İlahdan El-İlah, yəni Allah yaratmışdır ki, İslamda bu Böyük Adam - Allahu Əkbər, qədim Misir yazılarında isə Atum adlanırdı. Başqa sözlə, Böyük Allahı teurqiya vasitəsilə göydə Türk xanı yaratmışdır. Tövrata görə bu Böyük Adamın boyu dünyanın bu başından o biri başına qədər olmuşdu (Тора, Втор.4:32). Mühiddin ibn Ərəbi bu Adamı Adəm kimi təqdim edir və onu Məhəmməd peyğəmbər kimi - Haqq, yəni Allah adlandırır. Deməli, sufizmdə Adəm və Məhəmməd peyğəmbər Böyük Allahın obrazlarıdır. Qədim Misir mətnlərində Haq rəmzi Heka kimi qeyd olunur və maqiya, teurqiya və s. mənalarda Osiris (Asar/Azər) Allahına aid edilir. Mətnlərdə Osiris Allahı həm də Asar-Luhi, yəni Azər-İlahi kimi qeyd olunur. İslamda Azər Allahı - Sarallah kimi məlumdur və bu ad imam Hüseynin ləqəbi olmuşdur. Başqa sözlə, imam Hüseyn obrazı da Azər Allahının obrazıdır və buna görə Aşura (Azər) mərasimi Azərbaycanda xüsusi əzadarlıqla keçirilir.
Bütün bunlar o deməkdir ki, Adəm də, Məhəmməd peyğəmbər və imam Əli də Türk xanının göydə İlahdan yaratdığı El Allahının obrazlarıdır. Bu Allahın ən qədim adı Osiris, yəni Azərdir. Mən, "Məhəmməd peyğəmbər - Nurdan yaradılmış Azər Allahıdır" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).
Qədim Misir mənbələrində Adəm - firon Amonun Gel şəhərində yaratdığı kosmik ölçülü Atum Allahı adlanır. Mətnlərində açıq yazılır ki, bütün bəşəriyyəti Amon Allah yaratmışdır: "Dünyada ilk yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon Allahıdır. Onun nə Atası, nə də Anası olmuşdur. O Öz-Özünə həyat vermiş və Özünü yaratmış İlahi Varlıqdır". Kitabı Dədə Qorqudda Amon Allahı - Bəkdüz Əman kimi qeyd olunur ki, bu da "Bəg ruhlu Əman" anlamındadır.
Tövratda Amon Allahının Gel eli - Madiam (Midiya) izmaililərinin Gelad eli adlanır ki, ərəb mənbələrində bu el - ifrat ismaili şiələrinin Gelat (Qulat) eli kimi məlumdur. Madiam, yəni Midiya rəmzi sufi məntiqində Adəm və Atum rəmzləri ilə eyni mənalıdır. Bu o deməkdir ki, Midiya dedikdə Gel şəhərində yaradılmış Böyük Adam, yəni kosmik ölçülü Atum Allahı və onun daxilindəki El, vilayət, dünya nəzərdə tutulmalıdır.
Alban mənbələrində Gel Eli - Gelarküni, Amon Allahının burada yaratdığı El isə Alu kimi qeyd olunur və Albaniyanın digər adı kimi keçir. Deməli, El Allahı Alu - Albaniya vilayətidir. Sufi məntiqində Alban rəmzi El-Benu mənasını verir ki, benu rəmzi qədim Misirdə, pir-fironların göydə ölümsüzlük qazanmış Ba ruhları demək idi. İslamda benu rəmzi nəbi kimi qeyd olunur və bu onu deməyə əsas verir ki, Alban sözü Nəbi-eli mənasında ruhların-peyğəmbərlərin vilayəti, yəni cənnət anlamındadır. Mən, "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır" adlı məqalədə göstərmişəm ki, İslam dininin əsası olan İsna-Aşəriyyə fəlsəfəsi bilavasitə Azərbaycanla, onun ərazisində yaradılmış Qafqaz Albaniyası Eli ilə bağlıdır (sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1).
Tarixçi M. Xorenlinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi, yəni Alu (El Allahı) vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi verilmişdir (məqalə: "Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi", sayt: https://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html?m=1). Burada vərəsənin naməlum olması o deməkdir ki, bu cənnətin sahibi axirətdə məlum olacaqdır. Tövratda Alban rəmzi Lbnun kimi qeyd olunur və Allah bu eli - İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vəd etmişdir. Mən, yazılarımda göstərmişəm ki, Tövrat kitabı, digər bütün müqəddəs kitablar kimi bilavasitə Gelar bəglərinin kitabıdır və yəhudilər də, rus və iranlılar kimi Türk bəglərinə Allah demişlər (məqalə: "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1).
Bütün bunlar o deməkdir ki, bu gün Allah adlandırdığımız varlıq - Gelar bəgi Əmanın (pir-firon Amon), Azərbaycanın qədim Gilarau mahalında İlahdan yaratdığı Böyük Adəmdır. Bu Allahu Əkbər Öz bədənində iki dünyanı, yəni yerdəki və göydəki aləmləri birləşdirir. Biz bu Allahın yerdəki Mülkündə doğuluruq. Öləndə isə ruhumuz, Onun göydəki Mələküt aləminə, Elinə, Əli vilayətinə qalxıb, bu cənnətdə də yüz illər var oluruq.
Bütün qədim mənbələrdə dünyanın sonu dedikdə, İlahi nurdan yaradılmış Böyük Adəmın axirətdə göydə yox olması başa düşülməlidir. Onun yerində isə varisin yeni Adəmi var olacaqdır. Qədim Misir mənbələrində bu ölüb dirilmə - Osiris (Asarın/Azərin) Allahının ölüb-dirilməsi adlanırdı və Novruz bayramı kimi qeyd olunurdu. Kiçik Asiyada bu böyük yaz bayramı Gilar bayramı adlanırdı.
Firudin Gilar Bəg
TEREF