NİQOLAYIN RAKETİ

13-04-2024, 10:14           
NİQOLAYIN RAKETİ
(və ya kosmonavtika günündə rus kosmonavtikasının ağlamalı vəziyyətı)
Ruslar kosmonavtika günü ərəfəsində "Ангара А-5" adlı ağır raketlərini nəhayət ilk dəfə orbitə uçurtdular.
Və rus mediası başladı nə başladı:
“Rusiya tarix yazdı”;
“İlon Maskı məhv elədik”;
“Marsa ilk ruslar uçacaq”…
Dəhşətdir.
Niyə, bilirsizmi?
Ruslar buna inanırlar…
Halbuki…
3 avqust 1992-ci ildə, yəni 32 il (!!!) əvvəl Hərbi Kosmik Qüvvələri ağır dərəcəli raketinin hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqəni “Anqara” layihəsi qazandı.
Əslində hər şey çox asan olmalıdı idi.
Raketin gövdəsini yapıb, Sovetin hazır РД-191 motorunu bu gövdəyə montajlamaq lazım idi.
Ancaq düz 32 il keçdi, milyardlar havaya sovruldu, sınaqlar onilliklər boyu davam etdi.
Bəs 32 il ərzində Dünyada nələr baş verdi?
–Bu müddət ərzində Çin sıfırdan 20-dən çox daşıyıcı raket quraşdırdıyaratdı, o cümlədən hidrogenlə işləyən və “Anqara”dan qat-qat üstün CZ-5 və ya “Böyük Səfər” (Long March 5) adlı ağır kosmik raketini hazırladı;
–Bu müddət ərzində İlon Mask sıfırdan bir biznes qurdu (onun hazır Sovet mühərrikləri yox idi), “Anqara”dan dəfələrlə üstün, təkrar istifadə edilə bilən Falkon raketlərini yaratdı;
–Bu müddət ərzində Mask öz kosmik gəmisində Yerətrafı orbitə astronavtlar göndərdi;
–Bu müddət ərzində Mask “Anqara”dan təxminən 4 dəfə güçlü olan Falcon Heavy aöır raketini hazırladı;
–Bu müddət ərzində Mask var gücü ilə özünün “Starship” gəmisini var gücü ilə sınaqdan keçirir (onu “Anqara” ilə müqayisə edəni “topa tutarlar”);
–Bu müddət ərzində ABŞ-da yeni bir sənaye yarandı - Kommersiya Astronavtikası;
–Bu müddət ərzində Fransa daşıma qabiliyyətinə görə “Anqara”dan 2 dəfə üstün “Ariane 5” raketini yaratdı;
– Bu müddət ərzində Hindistan sıfırdan kosmik sənaye yaradıb öz raketlərini istehsal etdi…
On il əvvəl –2012-ci ildə Roskosmos-un o vaxtkı rəhbəri V. A. Popovkin “Anqara”nın hazırlanması üçün çəkilən xərcləri 160 milyard rubl (o vaxtkı məzənnə ilə 5,33 milyard dollar) qiymətləndirmişdi.
Son on ildə xərclənənlər isə bilinmir, çünki xərcləri açıqlamağa qadağa qoyuldu.
Gələk ən önəmli xüsusa.
Əgər “Anqara” 32 il əvvəl uçsaydı belə o, artıq dünənin raketi sayılacaqdı.
İndi, 32 il sonra bu raketi artıq “Niqolayın raketi” adlandırmaq olar.
Ancaq adlandırmırlar, çünki olmaz.
Moskvanın rəsmi təbliğat maşını ““İlon Maskı məhv elədik” yazır…
Pulları çoxdur axı, qoy xərcləsinlər (oxu: yesinlər)…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.