Otelə CV-mi vermişdim. Bir aydan zəng elədilər. Getdim Tahir müəllimin qəbuluna. Tahir müəllim CV-mə baxdı, dedi, - Amerikada yaşamısan? Dedim, - Bəli. Dedi, - Amerika ilə Azərbaycanın fərqi nədədir? Biraz fikirləşdim... Dedim, - Amerikada McDonald`s-larda ketçup pulsuzdur, Azərbaycanda pulla. Tahir müəllim dedi, - Oldu biz sizinlə əlaqə saxlayarıq. Dedim, - Oldu gözləyəcəm. Dörd ildir gözləyirəm. Məmməd Şiriyev | Bakı TEREF