ANAM SƏNƏ ƏMANƏT

13-08-2024, 08:04           
ANAM SƏNƏ ƏMANƏT
ANAM SƏNƏ ƏMANƏT
( Kun Suuk Şin )
ON ALTINCI HİSSƏ
Qızım gəlinin üstünə çəmkirəndə hər şeyi anladım . Yadıma düşdü ki , mağazada təkrar - təkrar qiymət kağızına baxırdı . Qızım onda universiteti təzə qurtarmışdı , xəstəxana apte kində işləyirdi . Evə gələn kimi samur kürkü götürüb şəhərin univermağına getdim . Qiyməti görəndə nitqim tutuldu . Nə biləydim ki , bu qədər bahalı olar ! Qızıma zəng vurub : " Kürkü geri qaytarmalıyıq ! " - dedim . O isə razı olmadı : " Ana , sən buna layiqsən . Geyin , sağlığına qismət olsun " .
Bizim yerlərdə şaxtalı havalar az olur . Ona görə də kürkü tək - tük geyinirdim . Hətta düz üç il bir dəfə də əynimə alma dım . Ruhumu qaranlıq fikirlər çulğalayanda dolabı açıb üzü mü xəzə basırdım . Məndən sonra kürkü ən kiçik qızıma vermə yi düşünürdüm .
İndi hər yer qarla örtülü olsa da , yazda divarın dibindəki balaca güllük yenə cana gələcək . Qonşudakı armud ağacı çiçək açacaq , ətri həyətimizi dolduracaq . Tünd - çəhrayı qönçələri olan sarmaşıq qızılgül şad - xürrəm halda baharı salamlayacaq . Yaz yağışı yağan kimi divarın dibindəki alaqlar boy atacaq .
Bir gün qəsəbədən - körpünün altından otuz ördək balası alıb həyətə buraxmışdım.Güllüyə soxulub bütün çiçəkləri tap dalamışdılar . Cücələrə qarışanda ayırmaq olmurdu . Yaz açılanda vaq - vaqlarından qulaq tutulurdu . Qızım həyətdə qızıl gülün dibini toxalaya - toxalaya : " Torpağa gübrə versək , çoxlu gül açar " , - deyirdi . Birdən torpaqda qıvrılan soxulcan gördü . Toxanı atıb evə cumdu . Toxada bir cücənin üstünə düşüb onu öldürdü .
Yayda kəndə yağış yağanda torpaqdan qalxan təravət qoxusunu unuda bilmirəm . Həyətdə gəzən it , cücələr və ördək balaları gah artırmaya doluşur , gah hində gizlənir , gah da divarın dibinə qısılırdılar . Qəfil leysandan sonra əmələ gələn palçıqda yerimək olmurdu .
Payızın son aylarında əsən küləklər isə xurma ağacının qu ru yarpaqlarını xışıltı ilə həyətdə sovururdu . Bütün gecə evin ətrafında dövrə vururdu . Qış gecələrində də külək yağan qarı süpürüb artırmaya doldururdu .
Kimsə darvazanı açır .
Hə , bu , bibidir !
Sən uşaqlarımın bibisi , mənim bacım idin. Amma heç vaxt cəsarətimi toplayıb sənə bacı deyə bilmədim . Mənə qayınanalıq edirdin . Gəlmisən , yoxlayasan ki , hər şey qaydasındadır ? Çünki çöldə bərk qar yağır , möhkəm külək əsir . Mənsə səni tamam unutmuşdum . Deyirdim , daha evə baxan olmaz . Sən niyə axsayırsan ? Axı həmişə zirək , diribaş qadın olmusan . Eh , yəqin ,
bütün günah qocalıqdadır . Ehtiyatlı ol , burda çoxlu qar var .
- Evdə kim var ?
Səsin heç dəyişməyib . Həmişəki kimi amiranə səslənir .
-Heç kim yoxdur ?
Evin boş olduğunu bilə - bilə yenə sual verirsən . Cavab gözləmədən artırmanın bir küncündə oturursan . Niyə əynini nazik geyinmisən ? Özünü gözlə , soyuqlayarsan . Çöldəki qara uzun - uzadı baxırsan . Sanki fikirlərin haradasa çox uzaqlara gedib . Nə fikirləşirsən ?
- Elə bil bura kimsə gəlib ... Bu soyuqda haralardasan ? Doğrudan , sən mənim barəmdə danışırsan ?
- Yay bitdi , payız uçub getdi , bax , qış gəldi ... Bilməzdim , bu qədər vicdansız olarsan . Sənsiz bu ev necə olacaq ? Hər şey boş balıqqulağına oxşayır . Yay paltarında getmişdin . Bir də qayıtmadın . İndi qışdır .
Doğrudan , sən dünyadan köçmüsən ?
Yox . Hələlik buralarda gəzirəm .
- Dünyada ən bədbəxt insan doğma evindən uzaqda öləndir ... Xahiş edirəm , özündən muğayat ol və tezliklə qayıt ..
Doğrudan , sən ağlayırsan ?
Uzun ensiz zolağa oxşar gözlərin boz göyə baxıb nəmlənir . Onlar belə doluxsunanda daha məni qorxutmur . Sərt baxışların həmişə məni qorxudurdu . Üzünə baxmamağa çalışırdım , gözlərindən ehtiyat edirdim . Düzdür , ciddi görkəmindən xoşum gəlirdi . Başını aşağı salıb məyus - məyus oturmaq sənə yaraşmır .
Səndən bircə dəfə də xoş söz eşitməmişəm . İndi bu çarəsiz üzünə niyə baxım ? Səni bu halda görməkdən xoşum gəlmir . Mən səndən çəkinsəm də , çıxılmaz vəziyyətə düşəndə : " Yerimdə bibi olsa idi , görəsən , neyləyərdi ? " - deyib səni nümunə götürürdüm .
İndi tək qalan Hun Çolun atasına gərək sən baxasan . Düzünü desəm , bu , çox da ürəyimdən deyil . Amma sən yanında sansa , nigaran olmağa dəyməz . Həyatda olanda yaxşı başa düşürdüm ki , Hun Çolun atasını çox istəyirsən . Çünki tamam yalqız idin . Buna görə nə səndən inciyirdim , nə özümü atılmış hiss edirdim . Sən ailənin tündxasiyyətli böyüyü idin . Bizə bacıdan çox , ana oldun .
Ancaq , bibi !
Bir neçə il əvvəl ata - baba qəbiristanlığında mənim üçün qazdırdığın məzarda yatmaq istəmirəm . Baş ağrılarım azalanda ora yollanırdım ki , dinclik tapım . Qəbrin yanındakı əyri şam ağacından xoşum gəlmirdi . Öləndən sonra da bu ailənin üzvü olmaq mənə yaman ağır gəlirdi . Bu fikri başımdan qovmaq üçün gah oturub axşamadək nəğmə söyləyir , gah da alaq təmizləyirdim . Amma yenə də rahatlıq tapa bilmirdim . Düz əlli il mən bu ailədə yaşadım . Rica edirəm , daha məndən əl çəkin . Qəbir yerləri bölüşdürüləndə : " Məzarımız yan - yana olsun " , - demişdin . Mənsə əsəbiləşib : " Orda da mənə işlərini gördürə cəksən ? ! " - deyə qışqırmışdım .
Bu sözləri heç unutmuram . İncimə , bibi . Bu haqda çox düşündüm , amma , inan , pis niyyətlə söyləmədim . Evə getmək istəyirəm . Yorulmuşam , istirahət etməliyəm .
Anbarın qapısı taybatay açılıb .
Az qala külək qapını həncamadan qoparacaq . Bir vaxtlar oturub dincimi aldığım ağac taxçanı nazik buz örtüb . Üstündə oturulası deyil . Çi Hon tez - tez əlində kitab anbarın bir kücündə gizlənirdi . Bura girəndə birələr bədəninə daraşırdı . Onu heç vaxt axtarmazdım .
Hun Çol soruşanda ki , bacı haradadır ? Bilmədiyimi deyərdim . Çünki kitab oxumağından xoşum gəlirdi . Kitabdan ayırmaq istəmirdim . Damın taxta döşəməsinə saman tökülmüşdü .
Küncdə toyuqlar yer düzəldib kürt yatmışdılar . Samanlıqda gizlənən , tüpürcəyini gicişən dərisinə sürtən və həvəslə kitab oxuyan qızımı heç kim tapa bilməzdi . Gizlin - gizlin kitab oxu maqdan , bir tərəfdən də onu axtaran qardaşının ayaq səslərinə qulaq asmaqdan , yəqin , həzz alırdı .
Toyuqları heç demirəm . Samanlıqda yumurtaların üstündə oturan hirsli toyuqlar kitab səhifələrinin səsinə narazı - narazı qaqqıldayırdılar . Yerlərini rahatlamasan yumurtlamayan bu nazhı toyuqlar bir gün bərk mərəkə qoparmışdılar . Hun Col da səsi eşidib bacısını tapmışdı . Bu qız xortuldayan donuzların , qaqqıldayan toyuqların , samanların , toxaların , dırmıqların , kürəklərin arasında , görəsən , nə oxuyurdu ?!
Yaz idi . İt balaları ilə birlikdə qış ayaqqabılarını yığdığımız artırmanın altında uzanmışdı . Çardaqdan su damcılayırdı . Bu sakit it balalayandan sonra , nədənsə , qəzəbli olurdu . Evin sakinlərindən başqa , heç kəsi yaxın qoymurdu . O , həmişə doğan da Hun Çol darvazaya " Ehtiyath ol , it var ! " lövhəsini asırdı . Bir gün qarnını doyurub yatmışdı . Artırmanın altından bir küçüyü çıxarıb sabətə qoydum . Üstünü də əsgi ilə örtdüm . Əlimlə gözünü tutub bibigilə apardım .
- Ana , niyə gözünü tutmusan ? Çöl qaranlıqdır , soruşdu dalımca düşən balaca qızım .
- Gözünü bağlamasam , yolu tapıb qayıdar , - desəm də , qızım heç nə başa düşmədi.
- Qaranlıqda ?
- Qaranlıqda !
It bir balasının olmadığını görüb yemək - içməkdən kəsildi , yumalanıb bir küncdə yatdı . Yeməsəydi , küçüklər ac qalardı . Belə getsə , acından öləcəkdilər . Ona görə də küçüyü qaytarıb gətirdim . Balasının qayıtdığını görən itin iştahası yerinə gəldi . Və uzun illər bizim artırmada yaşadı .
Xatirələrə necə nöqtə qoyum , bilmirəm . Çoxdan unutduğumu sanırdım , amma bir - bir ayaq açıb geri qayıdır . Mətbəx rəflərində duran düyü kasalarından növ - növ ədviyyat küplərinə dək , çardağa söykənən ensiz ağac nərdivandan qalın bığcıqları yerədək uzanıb həyətin divarına dırmaşan balqabaq hörüklərinədək ...
Elə elə ki , ev donmasın .
Çətinliyə düşsən , balaca gəlinindən kömək istə . Özlərinə bir ev ala bilməsələr də , gəlin evə baxandır . Üstəlik , səliqəli və xeyirxahdır . İşləsə də , evi həmişə tər - təmiz olur , halbuki bir köməyi də yoxdur . Evi sahmana sala bilmirsənsə , ona de . O gəlinin əli nəyə dəyirsə , gözəlləşir .
Yadındadır , köhnə bir mənzil tutmuşdular ? Gəlin əlləri ilə sement qarışdırıb divarları suvamışdı . Ev sakinlərinin nəfəsi ilə gözəlləşir .
Yaz gələndə həyətdə mütləq gül əkərsən . Döşəməni də sil ha ! Bir də çardağı təmir elətdir . Bir neçə il əvvəl günlərin birində bərk içmişdin . Evinin harada olduğunu soruşmuşdular , " Yonkçon - dong ! " demişdin . Halbuki Hun Çol iyirmi ildir , Yonkçon - donqdan köçüb . Hislərini büruzə verməzdin . Sevincini də , kədərini də ... Hun Çol Seulda - Yonkçonq - donqda birinci evi alanda bir söz demədin . Amma mənə elə gəlir , ürəyində oğ lunla fəxr edirdin . Elə buna görə içib evinin yolunu unudanda ildə iki - üç dəfə gedib bir - iki gecə qonaq qaldığın yerin adını demişdin . Kaş ki arvadın yaşayan doğma evin də belə yadında qalaydı .
Hər il evin həndəvərində , həyətin bir küncündə və arxa bağ çada açan xırda və qəşəng çiçəklər göz oxşayırdı . Bizim həyət də , artırmanın altında və arxa bağçada həmişə nəsə doğulur , böyüyür və ölürdü . Quşlar sıra ilə paltar ipinə düzülürdülər .
Elə bil bir paltar yumağımdan danışıb mübahisə edirdilər . Civiltiləri həyəti başına götürürdü .
Bir evdə canlılar evin sakinlərinə oxşayır . Yoxsa , ördəklər həyətdə ora - bura qaçıb künc - bucaqda xəlvət yumurtlayardılar ?
Nazik doğranmış turp qurusunu və ya qaynadılmış taro köklərini həsir siniyə düzdüyümü , onu da torpaq divarın üs tünə qoyduğumu indi də xatırlayıram . Qızımın qurutmaq üçün günün altına qoyduğu tərtəmiz , ağappaq idman ayaqqabıları yaddaşımda dərin izlər qoyub . Çi Honun quyuya baxıb göyün sudakı əksinə tamaşa etməkdən xoşu gələrdi . Vedrələri doldurmağı unudub başını əl lərinin arasına alması , fikirli - fikirli quyuya baxması gün kimi yadımdadır .
Salamat qal ...
Bu evi həmişəlik tərk edirəm .
Ötən yay Seulda metroda təkbaşına qalanda təkcə üç yaşımda olanları xatırlayırdım . Başqa heç nə xatırlamırdım . Özümü belə tanımırdım . Elə hey gəzirdim . Ətrafdakı hər şeyi dumanlı görürdüm . Birdən gözümdə üç yaşımda oyun oynadığım həyət canlandı . Onda mədənçi olan atam təzəcə evə qayıt mışdı . Hündür evlərin arasında , yamyaşıl təpələrdə və futbol sahələrində gəzirdim ... Elə hey gəzirdim . Mən belə hara gedirdim ? Yoxsa , uşaqlığımda oynadığım o həyətə ?
Evimizdən on ri uzaqda yeni dəmir yolu stansiyasının ti kintisi gedirdi . Qayıdandan sonra atam orada fəhlə işləməyə başladı . Hər səhər işə gedirdi . Sonra başına bədbəxt hadisə gəlmişdi . Bu bədbəxt hadisə onun canını almışdı . Deyirlər ki , atamın ölüm xəbəri gələndə mən həyətdə oyun oynayırmışam . Qonşuların anamın qoluna girməsinə və üzü avazımış anamın səndələyə - səndələyə dəmiryol stansiyasına getməsinə baxır dım . Yanımdan keçən bir nəfər mənə : " Sən elə hey gülürsən . Bilmirsən ki , atan ölüb , axmaq qız ! " - deyə çımxırdı . Bu xatirələr məni addımbaaddım izləyirdi . Mən isə dayanmadan gedirdim . Ta ki gücüm bitənədək ...
Bax orada ..
Anam doğulduğum evin artırmasında
oturub .
Başını qaldırıb mənə baxır . Mən dünyaya gəlməzdən qabaq nənəm bir yuxu görübmüş . Görüb ki , səhər təzəcə oyanan parlaq qonur rəngli inək gərnəşib ayağa durur . Nənəm yuxunu yozub mənim çox hərəkətli uşaq olacağımı söyləyib . Çünki inək ayağa durmaq üçün güc toplayanda dünyaya gəlmişəm . Deyirmiş ki , mənə yaxşı baxsınlar , çünki dünyaya sevinc və işıq bəxş etməyə gəlmişəm . Anam mavi rezin səndəlin qanat dığı ayaqlarıma baxır . Yara elə dərindir ki , sümüyüm görünür . Kədər anamın üzünə çökür . Bu simanı mən ölü uşaq doğandan sonra şkafın güzgüsünə baxanda görmüşdüm . " Mənim qızım " , - deyir anam və qollarını açır . Ölü uşaq kimi məni qollarına alır . Nə gülümsəyir , nə də ağlayır . Görəsən , anam bilirdi ? Ömür boyu ona nə qədər ehtiyacım olduğunu bilirdi ?
Gülnar Abbasova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru