Abbasqulu ağa Bakıxanov böyük fikir adamıdır, Azərbaycan tarixinin Heredotu sayılır,...

13-08-2024, 18:58           
Abbasqulu ağa Bakıxanov böyük fikir adamıdır, Azərbaycan tarixinin Heredotu sayılır,...
Təkrar nəşr sisiləsindən...
Abbasqulu ağa Bakıxanov böyük fikir adamıdır, Azərbaycan tarixinin Heredotu sayılır, onun `Gülüstani-İrəm`i ən mötəbər tarixi mənbədir, bilirsiniz.
Həmin əsərdən qeydlər;
1. Qubalı Fətəli xan - tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri ələ almaqda və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi.
2. Qarabağlı Pənah xan - cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur.
3. Bakılı Hüseynqulu xan - cəsarətli, lakin təbiətən iradəsiz və ürəyi saf bir əmir olmuşdur.
4. Qarabağlı İbrahim xan - hünərli, ədalətli, bərk və sadə rəftarlı bir əmir idi.
5. Gəncəli Cavad xan - hünərli və elm sevən bir adam olmaqla yanaşı qaniçən və günah işdən çəkinməyən bir əmir idi.
6. Şəkili Hacı Çələbi - əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mümtaz (şöhrətli) bir adam idi.
7. Nuxalı Hüseyn xan - hünərli, şücaətli, gözəl tədbirli və düzgün fikirli olmaqla bərabər təbiətən rəhmsiz bir adam idi.
8. Bakılı Məhəmmədqulu xan - səxavətli, lakin bərkürəkli bir əmir olub.
9. Qubalı Şeyx Əli xan - eyş və işrətpərəst olub, ölkənin vəziyyətindən xəbərsiz idi, lakin çox şücaətli, səxavətli, və yüksək himmətə malik bir zat idi.
Söz ardı; Bakıxanovun xarakterizə etdiyi bu insanların hər biri şəxsi zəiflikləri və üstünlükləri ilə yanaşı böyük dövlət adamları, tarixi şəxsiyyətlərdir. Onları tanımaq özünü, öz keçmişini tanımaqdır.
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.