BU, OĞUZ XANIN ÖLÜMÜ ŞƏRƏFİNƏ KƏSİLMİŞ SİKKƏDİR !
3-11-2024, 12:44
Özünü "SABİŞKA-LYUBİŞKA" adlandıran bir türkçü xanım bu gün "Arkeoloji Türkiye" saytından aldığı bir gümüş sikkəni nümayiş etdirir özünün FB-dəki saytında. Sikkənin altında Türkiye araşdırıcısı yazır:
"Güney Sibiryada yer alan bir kurqandakı mumiyanın içində bulunan 18 bin yıllı dünyanın ilk parası. Peki kim yaptı?? Türkler. “Kurqan” Türklere ait kutsal mezara verilen addır.
Ve anlaşıldı ki, ilk parayı Lidiyalılar degil, Türkler bulmuş !".
*****
TARİYEL AZƏRTÜRK YAZIR:
Külçədəki yazını deşifrə etməyə çalışdım. Hərflərin çoxu Etrusk əlifbasındakı hərlərlə üst-üstə düşür. Bəziləri isə yox.
Görünür, ancaq mumiya sahibinin ölümü şərəfinə bir dəfəlik döyülımüş sikkənin (zənnimcə pul vahidi olmayıb) ön hissəsində qabardılmış portretin boynunun ardında açaı-askar
OKUZ səsləri oxunur.
Tam gerçək oxunuşunu və semantik anlamını yüz faiz sığortalamaq çətin olsa da, yazının Türkcə səsləndiyini və sikkənin "OKUZ XAN"A məxsus olduğunu söyləmək. Medalın üzü səthində onun adı əks olunub:
OKUZ
Dövrə boyu sağdan sola aşağıdakı hərfləri identifikasiya etmək olur:
NU Rİ V/F N A O/TH C\K U Z X N U T TH İ G L U
Aşağıdakı kimi modellləşdirilir:
NURİ F[E]NA OK[U]Z X[A]NU[N] T[A]TI Q[A]LU
Düz mötərizələrdəki saitlərin əlavəsi volantir xarakteri daşımır. Yəni öz həvəs və kefimdən qoymamışam. Bu yazının öz xüsisiyyətidir.
Belə anlanılır:
ÖLÜMƏ DƏ NUR (İŞIQ SAÇAN) OĞUZ XANIN DADU QALI.
Yəni:
BU DÜNYASINDA GÖRDÜKLƏRİ ƏMƏLLƏRİ İLƏ U DÜNYASINDA ÖLÜMƏ BELƏ NUR SAÇAN OĞUZ XANIN DADI (ƏMƏL VƏ XEYİRXAHLIĞI ƏBƏDİLİK) QALASIDIR !!
***
Kim nə bilir, bəlkə də həmin kurqandan qaldırılan mumiya Nəş elə OĞUZ XANIN öz mumiyasıymış.
AMMA kim – onu Türkün maddi sərvəti kimi yazar, ya OĞUZ XANIN qüdsal nəşi kimi qəbul edib bizə verər?
***
FƏNA – 1. Ölüm, yox olmaq, məhv olmaq, itmək demək.
***
THE TASTE OF [GOOD DEEDS] OF OGUZ KHAN WILL REMAIN [FOREVER], WHOSE LIGHT ILLUMINATS EVEN DEATH.
***
ОСТАНЕТСЯ [НАВЕКИ] ВКУС [ДЕЛА] ОГУЗ ХАНА, ЧЕЙ СВЕТ ОСВЯЩАЕТ ДАЖЕ СМЕРТЬ.
***
BİR ÇOX VACİB QEYD:
Mən deyəndə ki, Oğuz Xanların səsi Babildə gil yazılardan, Aralıq dənizi sahillərindən gəlir, heç kim inanmır. Əgər belə deyilsə, bəs nə cür olur ki, Etrusk yazısının bir ucu İtaliyada sarkofaqlara, güzgülərə, vazalara, bir ucu Sibiryada, Orxon-Yenisey abidələrində daşa, gümüş sikkələrə döyülür?
Deməli tarixöncəsi Türkün ilk dəfə "QƏRBDƏN ŞƏRQƏ AZMAN MİQRASİYASI" dediyim SƏMT tamamilə doğrudur. Sibirya türkləri yazını indiki Türkiyənin qədim ETE-ELİndən - indiki HATAYDAN aparıblar hər iki istiqamətə (Qərbə və Şərqə).
Bunu təsdiq edən çoxsaylı Etelli toponimlər də mövcuddur !
Tariyel Azerturk
TEREF