Ryüriklər sülaləsinin süqutu və nəslin kəsilməsinin səbəbi açıqlanıb
5-12-2024, 17:28
"Bir neçə tarixi fakt rus çarı İvan Qroznının neyrosifilis xəstəliyindən əziyyət çəkdiyini göstərir. Məhz bu xəstəlik onun nəslinin kəsilməsinə və Rüriklər sülaləsinin süqutuna səbəb ola bilərdi".
Bu barədə nevroloq, geriatr və yerli tibb tarixinin tədqiqatçısı Valeri Novoselov gazeta.ru-ya danışıb.
IV İvanda sifilisə işarə edən faktlardan biri onun İvan adlı oğlundan başqa heç bir uşağının sağlam olmaması və ölməsi göstərilib.
"Digər uşaqlar ya ölü doğulur, ya da xəstə olur və müvafiq olaraq çox yaşamırdılar. Bilirik ki, valideynlərdən birinin yoluxduğu sifilis uşağa keçir. Belə uşaqlar doğulduqda, bir qayda olaraq, onların sinir sistemi zədələnir və tam sağlam olmurlar. Bundan əlavə, çarın oğlu İvanın özünün də bu yoluxucu xəstəliyə məruz qaldığını demək olar, çünki onun qalıqlarında civənin kəskin artımı aşkar edilib və onun da özündən sonra övladı qalmayıb. Məntiqlə, xəstəlik sülaləni kəsib və Rüriklər sülaləsinin süqutuna səbəb olub", - deyə Novoselov bildirib.
İvan Qroznının neyrosifilisə işarə edən digər əlamətləri - dözülməz baş ağrıları və cinsi davranışın dəyişməsi (Rusiya pravoslav hökmdarları üçün xarakterik olmayan çoxsaylı nikahlar) göstərilib.