"İNSANLIQ DƏRSİ"

7-12-2024, 15:07           
"İNSANLIQ DƏRSİ"
ADƏM TƏMİZİN DİLİNDƏN :
Səhər-səhər Böyük əmim Kemsük İbramın söylədiyi aşağıdakı hekayə və sonra daha başqa tarixi hadisələr, xatirələr - yadıma düşdükcə məni ağlatdı onlar. Onlardan birini təqdim edirəm.
"İNSANLIQ DƏRSİ"
Nurten İnan
Çanaqqala döyüşlərində vuruşub bir ayağını bir qolu ilə birgə itirmiş Fransız General Bridges vətənə döndükdə, döyüşdən sonra gördüyü bir səhnəni belə xatırlayırmış:
"Fransızları həmişə lənətləyə bilərsiniz, çünki onlar nəcib bir millətlə vuruşublar.
Heç vaxt unutmayacağam. Döyüş bitmişdi. Yaralılar və ölülər arasında dolaşırdıq, türk və fransız əsgərləri qarşı-qarşıya gəlib bir-birinə ağır zərbələr endirmişdilər. Həyatımın bu məqamında gördüyüm bir hadisəni heç vaxt unutmayacağam.
Bir fransız əsgəri yerdə uzanıb. Yanındakı türk əsgəri isə öz köynəyini cırıb onun yaralarını sarıyaraq bədənindəki qanını təmizləyir.
Tərcüməçi vasitəsilə onunla belə bir söhbətimiz oldu:
- Öldürmək istədiyin əsgərə niyə kömək edirsən?
Özü pis vəziyyətdə olan türk əsgəri belə cavab verdi:
"- Bu fransız yaralananda cibindən bir yaşlı qadının şəklini çıxardı və nəsə dedi, mən onun nə dediyini başa düşmədim, amma yəqin etdim ki, o onun anasının şəklidi. Mənim heç kimim yoxdur. Yəni gözləyənim yoxdur. Amma onun anası var. Anasının yanına qayıtması naminə indi mən onun xilas olmasını istəyirəm”.
Mən, deyə, fransız generalı davam edir: Bu nəcib, bu alicənab duyğuya görə hönkür-hönkür ağlamağa başladım.
Bu vaxt zabitim əmrimlə türk əsgərinin yaralı tərəfini açdı. Həmin an hiss etdim ki, gördüyüm mənzərə bayaqdan yanaqlarımdan süzülən göz yaşlarımı yerindəcə dondurur. Çünki türk əsgərinin sinəsində bizim əsgərin sinəsindən daha ağır süngü yarası var idi və o yaraya bir dəstə ot da yapışmışdı. Bir azdan hər iki əsgər öldü".
***
Tariyel Azərtürk:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.