DEHLİ TÜRK SULTANLIĞININ TÜRK QADIN HÖKMDARI RAZİYƏ SULTAN BEYİM.
16-12-2024, 08:54

İNGİLTƏRƏ Kraliçası I MEYRİDƏN 318 il, ən çox hakimiyyətdə qalan qadın hökmdar Kraliça l ELİZABETDƏN 322 il, Böyük Britaniya İmperatorluğu dövründə Hindistan İmperatoru elan edilən Kraliça VİKTORİYADAN 600 il əvvəl hökmdarlıq edən, fəal və güclü bir siyasət həyata keçirmək də geri qalmayan, qürur duyulası TÜRK QADINI olan DEHLİ TÜRK Sultanlığının hökmdarı SULTAN RAZİYƏ Türk-İslam tarixinin yeganə qadın hökmdarıdır.
RAZİYƏ SULTAN, Şəmsəddin Eltutmuşun çox sevib saydığı və hərəmxanasının baş qadını olaraq Firuzə Sarayında iqamət etməyə layiq gördüyü arvadı Türkan Xatundan (bəzi mənbələrdə Terken) doğulan qızıdır.
MÜSƏLMANLIĞI Hindistana X əsrdə QƏZNƏ TÜRKLƏRİ aparıb. XIX əsrdə İngilis işğalına məruz qalana qədər bu qitəni əsirlərlə Türk əsilli xanədanlar idarə edib. Bu müsəlman Türk dövlətlərindən biri də Qütübşahlar dövləti olub.
TAXT-TAC şəhəri Dehlidəki ən qədim əsərlər və dünyanın ən zərif və ən yüksək minarələrindən olan Qütüb Minar o dövlətin yadigarıdır. Sultanları kölə əsillidir. Eynən Misirdəki Məmlüklər kimi ləyaqətləri və şansları ilə sultan olurdular. Bunlardan ən məşhuru İltutmuşdur. Onun yerinə hakimiyyətə keçən qızı RAZİYƏ BEGÜM isə Türk-İslam tarixinin yeganə qadın hökmüdarıdır. BEGÜM “BƏY” sözünün dişi formasıdır. Hindistanda ancaq hökmdar ailəsinə mənsub olan xanımlara deyilir.

SULTAN RAZİYƏ BƏYİM Dehli sultanı Şəmsəddin Eltutmuşun (1211-1236) Türkan Xatundan (bəzi mənbələrdə Terken) olan qızıdır.
Məlumata görə, ŞƏMSƏDDİN ELTUTMUŞ 1233-cü ildə Raziyəni vəliəhd təyin etdiyini bildirən bir fərman hazırlamağı əmr edir. Lakin Sultana yaxın olan türk məlikləri “səltənətə layiq oğulları var ikən bir qızın islam mülkünə vəliəhd edilməsinin hikməti nədir?” deyə etiraza qalxırlar.
VƏZİRLƏR bir qadının ordu başçısı olmaya cağını, qadınlarla kişilərin birlikdə yaşamasını əngəlləyən din prinsipləri çərçivəsində RAZİYƏNİN xalq tərəfindən qəbul edilməyə cəyini bildirir. Ancaq Eltutmuş bu etirazlara məhəl qoymur və “Mənim oğlanlarım öz zövqlərinə düşkündür. Heç birində məmləkət idarə edəcək qabiliyyət yoxdur. Raziyə qadındır, amma zəkası və uzaqgörənliyi ilə qardaşların dan üstündür” - deyir.
1236-cı ildə ŞƏMSƏDDİN ELTUTMUŞ vəfat edir və vəzirləri Raziyəni hakimiyyətə gətirmək istəmirlər. Onlar Eltutmuşun oğlu Firuz şahı hökmdar elan edirlər. Firuz şah nəzakətli, comərd, lakin həddindən artıq israfçı idi. Atasının da bildirdiyi kimi, dövləti idarə edə biləcək gücə sahib olmayan Firuz şah əyləncəyə aludə olur, xəzinəni boşaldır, dövlət idarəsi tamamilə bir xaos vəziyyətinə sürüklənir.
ATASININ mülkünün qardaşı tərəfindən dağıdıldığını görən Raziyə dövləti yalnız onun xilas edəcəyinə vəzirləri inandırır. Taxta çıxar-çıxmaz imperiyanın qərb vilayətlərində üsyanla qarşılaşır. Şiə radikallarından ibarət üsyankarlar Dehlidəki məşhur Cümə məscidinə basqın edərək, müsəlmanları qətlə yetirirlər. Raziyə sultan şəxsən özü hərəkətə keçərək üsyanı yatırtmağa müvəffəq olur.
BİR neçə məlik öz aralarında anlaşaraq Raziyənin hakimiyyətini tanımırlar. Lakin
Raziyə sultan ordusu ilə onların üstünə gedib, hamısına məğlub edir. Beləliklə Hindistandakı mahal hökmdarları Raziyə sultana tabe olurlar.
RAZİYƏ SULTAN bu dəfə hindlilərin tutduğu Bədənpur üzərinə yürüş edir. Hindlilərə qalib gələrək burdakı müsəlmanları xilas edir.
O, HAKİMİYYƏT başına keçər-keçməz Firuz şahın zamanında əməl edilməyən qanun və adətləri yenidən bərpa edir. Beləcə yeni bir sülh və hüzur dövrünü başlatmış olur.
RAZİYƏ BƏYİM in parlaq müvəffəqiyyətləri ilə yanaşı, yol verdiyi xətaları onun kədərli sonunu hazırlayır. Onun ömrü səltənəti kimi qısa olur. Belə ki, Raziyə xanım taxt-tacını qoruya bilmək üçün mühüm mövqelərə özünə yaxın bildiyi insanları gətirir. Həbəş əsilli Yaqut onun ən yaxın adamına çevrilir. Bu isə türk bəylərinin narazılığına səbəb olur. Üstəlik, bəylər qadın libası geyinmədiyi, kişilər kimi cübbə geyinib üzüaçıq şəkildə filə minərək xalq arasında dolaşdığı üçün Raziyə bəyimi tənqid edirlər. Buna görə də ona qarşı çıxanlar çoxalmağa başlayır.
RAZİYƏ müxaliflərdən bəzilərinə məqam və mövqe verərək aralarındakı əməkdaşlığın qarşısını alacağını zənn etsə də, yanılır. 1240-cı ildə türk bəyləri Yaqutu öldürürlər. Raziyə bəyim isə həbs edilərək bir qalaya salınır. Onun yerinə hakimiyyətə qardaşı Bəhram şah gətirilir.
RAZİYƏ BƏYİM qalada saxlanıldığı müddətdə gözəlliyi ilə təsiri altına aldığı bəylərdən biri MƏLİK ALTUNAYLA evlənir. Ərinin ordusuna xalqın içindəki könüllüləri də qataraq Dehliyə doğru yürüş edir, ancaq məğlub olur. Əri yürüş zamanı ölür. Ordusu onu tərk edir. Raziyə səhrada yorğun, ac və susuz vəziyyətdə qalır.
BİR hindli kəndlisi üstündəki qiymətli paltarlara görə Raziyə bəyimi öldürür və onu tarlada basdırır. Lakin bir müddət sonra cəsədini tapıb, dini mərasimlə yenidən, həmin yerdə dəfn edirlər.
RAZİYƏ SULTAN bir müsəlman qadın hökmdar kimi, elm adamlarını himayə etmiş, özü dövrünün yüksək təhsilini görmüşdü və mərd, ədalətli bir hökmdar kimi yadda qalmışdır.
RAZİYƏ SULTAN sultan Dehli türk dövlətinin ən böyük hökmdarı olduğu kimi, hind-türk tarixinin də ən əhəmiyyətli şəxsiyyətlərindən biri kimi qəbul edilir. Hərbi və siyasi dühası ilə yanaşı, heç də gözardı edilməyəcək şəkildə şeir yazma qabiliyyətinə malik idi. Onun ŞİRİNİ-DƏHLƏVİ" və ya “ŞİRİNİ-GUN” təxəllüslər ilə yazdığı qəzəlləri dövrünün türk-fars ədəbiyyatının ən gözəl örnəkləri kimi qəbul edilir.
RAZİYƏ BƏYİMDƏN sonra altı əsr boyunca o taxta heç bir qadın oturmadı: ingilis kraliçası VİKTORİYA gələnə qədər...
Sevda Amanova
TEREF