TÜRKMƏNLƏR DƏ HƏTTA

14-12-2024, 10:34           
TÜRKMƏNLƏR DƏ HƏTTA
Qonşumuzun evinə təmizlik üçün bir türkmən qızı gəlir.
Bəzən liftdə, blokda qarşılaşırıq.
Başı aşağı bir gəncdir.
Bu sabah yenə salamlaşdıq.
Türkiyə türkcəsində təmiz danışır.
“Rus dilini bilirsənmi?” deyə soruşdum.
Bilmədiyini dedi, çünki türkmən dilində təhsil alıb.
“Rus dilində də təhsil varmı ölkənizdə?” deyə soruşdum.
Cavabı görün necə oldu:
“Var, ancaq rus bölməsi azdır, ora ancaq valideynləri rusca bilən uşaqları götürürlər”.
Düşünə bilirsizmi, rus bölməsinə düşmək üçün uşağın ata-anasının rus dilini bilməsi şərtdir. İndi bizim özü rusca bilməyib uşağını rus bölməsinə verənlərə baxın.
Ağlamalıdır, elə deyilmi?
Türkmənlər belə bunu anlayıblar…
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru