Fatehlərin heç də hamısı döyüşdə iştirak etməyib. Şah İsmayıl bu məsələdə də nümunədir - Əlində qılınc həmişə öndə

17-12-2024, 10:54           
Fatehlərin heç də hamısı döyüşdə iştirak etməyib. Şah İsmayıl bu məsələdə də nümunədir - Əlində qılınc həmişə öndə
“Tarixə güllə atmayın!” silsiləsinin davamı..
Bəzən Şah İsmayıl ona görə ittiham olunur ki, guya o, Sultan Səlimlə vuruşmasaydı, Osmanlı sultanı Avropanı tutacaqdı. Gülüncdür.
4-ci Osmanlı Sultanı İldırım Bəyazid Konstantinopolun qapısını döyürdü. Xəbər gəlir ki, Əmir Teymur Anadolunun xeyli hissəsini tutub. İldırım Bəyazid Konstantinopolun quşatmasını (mühasirəsini) dayandırıb Əmir Teymurun qarşısına çıxır. Ankara çölündə qanlı döyüşdə məğlub olur (1402).
Əmir Teymur Osmanlı dövlətini İldırım Bəyazidin oğlanları arasında bölür. Ayrı-ayrı bəylərbəyliklərə xəbər göndərir ki, imperiya ərazində öz dövlətlərini qura bilərlər. Əmir Teymurla İldırım Bəyazid eyni təriqətə mənsub idilər.
Niyə özbəklər bir dəfə də olsun Əmir Teymuru ittiham etmir, ona ancaq ehtiram bəsləyirlər? (Və yaxud tərsinə, türklər Əmir Teymur haqqında bu qədər bəhs etmirlər? - red.) Biz isə Şah İsmayılı aşağılamağa çalışırıqki, o nə üçün Sultan Səlimlə döyüşüb?
Dövlətin tarixi tipləri var. Orta əsrlərdə feodal dövlətlər olub, o vaxtlar millət söhbəti olmayıb. Güclü feodal dövləti zəifə qalib gəlir, özünə tabe etdirirdi.
Şah İsmayıl istilaçı deyil, fateh idi. Ona görə də Karl Marks yazırdı ki, "Şah İsmayıl Xətai 14 ilə 14 ölkə fəth edib. O əsl fateh idi".
Qanuni Sultan Süleyman və II Mehmet də tarixdə fateh kimi qalıb. Dünya tarixinə nəzər salanda 30-a yaxın fatehin adına rast gəlmək olur.
Şah İsmayılın adı İsgəndər, Çingizxan, Əmir Teymur, Sultan Süleyman kimi fatehlərlə yanaşı çəkilir.
Fatehləri isə iki qrupa bölmək olar. Onlardan bəziləri dövlət qurub, imperiya yaradıb və öz dövlətlərinin ərazisini genişləndirib. Bəziləri isə hakimiyyətə vərəsəliklə gəlib. Şah İsmayıl birincilərdəndir. Onun qurduğu dövlət 4 milyon kvadrat kilometr ərazini əhatə edib.
Fatehlərin heç də hamısı döyüşdə iştirak etməyib. Şah İsmayıl bu məsələdə də nümunədir- əlində qılınc həmişə öndə gedib.
Şah İsmayılın tərəfdarlarının qısa müddət ərzində artmasının da səbəbləri var. Şah İsmayılın babaları Ərdəbildə böyük ehtiram sahibləri olublar.
Hətta Əmir Teymurun Şah İsmayılın babalarına məxsus ocağa nəzirlər göndərməsi buna nümunədi.
Hüquqşünas, Ələmdar Məmmədov
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.