İnsanoğlu tarixboyu bildiyini, gördüyünü, həyəcanını başqasına necə ötürüb?

24-03-2025, 16:18           
İnsanoğlu tarixboyu bildiyini, gördüyünü, həyəcanını başqasına necə ötürüb?
İnsanoğlu tarixboyu bildiyini, gördüyünü, həyəcanını başqasına necə ötürüb?
“Yazı ilə” deyəcəksiniz təbii ki.
Bəs yazmağı öyrənmədən necə?
Minlərlə il əvvəl insanlar bunu qaya və ya daş üstünə cızdıqları, çəkdikləri, oyduqları rəsmlərlə ediblər. Petroqlif qədim insanların yaratdıqları əsrarəngiz
məlumat vasitələri, qiymətsiz abidələrdir.
Paylaşdığım 3 petroqlif Yaponiya, ABŞ (Yuta əyaləti) və Azərbaycanda tapılıb.
Hər üçü insana bənzər fiqurlardan ibarətdir;
heyrətamiz dərəcədə oxşardırlar;
fiqurların əllərindəki lələk kimi əlavələr daş oymaların mifoloji və ya inançla bağlı ola biləcəyini göstərir.
Adətən belə petroqliflər qədim sivilizasiyaların inanclarını, rituallarını və ya fövqəltəbii varlıqların təsvirlərini əks etdirə bilər. Müxtəlif qitələrdə oxşar formaların mövcudluğu ümumi mədəni irsə və ya oxşar dünya görüşlərinə işarə edir.
Bu rəsimləri müxtəlif şəkildə oxuyurlar, kimiləri onları şaman fiqurları hesab edir, kimiləri də yadplanetlilərin təsviri olduqlarını düşünürlər. Lakin zənnimcə, qədim insanlar bu daşlara inançlarını, şübhə, tərəddüd və axtarışlarını həkk etmək istəmişlər…
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru