Böhran toy biznesinin də nəfəsini kəsib - “Louvre Plaza” şadlıq sarayı işçilərinə əmək haqqı vermir

21-10-2015, 10:28           
Böhran toy biznesinin də nəfəsini kəsib - “Louvre Plaza” şadlıq sarayı işçilərinə əmək haqqı vermir
Dünən qafqaznews.az-ın redaksiyasına Sabunçu rayonu, Zabrat dairəsində yerləşən Louvre Plaza şadlıq sarayı ilə bağlı ilginc məlumat daxil olub. Məlumatdan bəlli olur ki, şadlıq sarayında işləyən ofisantların, aşbazların, soyuq yemək hazırlayanların əmək haqqları şadlıq sarayının administratoru Elçin Abbasov tərəfindən mənimsənilib. Məlumatdan o da bəlli olur ki, həmin şəxslər ölkəmizin müxtəlif bölgələrindən ruzi dalınca gələrək şadlıq sarayında çalışıblar.

İndi də onların əmək haqqı verilmir, Elçin Abbasov isə qaçıb gizlənir. Şadlıq sarayının işçiləri ilə əmək müqaviləsi bağlanmadığı da məlumatdan bəlli olur. Bundan istifadə edən Elçin Abbasov qaçıb gizlənməklə canını qurtarmaq istəyir. Məlumatı dəqiqləşdirmək üçün apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Louvre Plaza şadlıq sarayının sahibləri əslən Maştağadan olan Hacı Namiq və Hacı Faiq qardaşlarıdır. Bu şadlıq sarayından başqa qardaşların Bakı şəhərində “Təbrik”, “Mübarək”, “Badu-Kubə” və “Millenium” kimi şadlıq sarayları da var. Əldə etdiyimiz digər məlumata görə qardaşlara bir general “krışalıq” edir, ona görə də qardaşlardan olan şikayətlərə göz yumulur. Elçin Abbasovla da bağlı ciddi məlumat əldə etmişik. Elçin Abbasov keçmiş polis işçisi olub.

2005- ci ilədək Möhübbət Hüseynovun rəhbərliyi altında Yasamal RPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mubarizə qrupunun rəhbəri olub. Bu vəzifədən əvvəl isə o, Bakı Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin köməkçisi olub. 2005- ci ildə dələduzluqda ittiham olunaraq CM-nin 178.2.3 maddəsi ilə məhkum olunaraq DİO-dan xaric olunub. 2007-ci ildə azadlığa çıxan Elçin Abbasovu keçmiş şefi Məhərrəm Əliyevin xahişi ilə Hacı Namiq və Hacı Faiq qardaşları öz restoranlarına administrator təyin ediblər.

Daxil olan məlumatlara aydınlıq gətirmək üçün əməkdaşlarmız “Louvre Plaza” şadlıq sarayında olublar. Şadlıq sarayının qapısında əmək haqqını aylarla ala bilmiyən ofisiantla əməkdaşımızın çox maraqlı söhbəti baş tutub. Ofisiant söhbət zamanı bildirib ki, ayda bir dəfə “Şefski gün” olur və həmin gün hamı pulsuz işləyir, yəni həmin günün bütün qazancını administrator Elçin Abbasov cibinə qoyur və həmin gün işçilərin heç birinə əmək haqqı verilmir. Ona görə də həmin günü işçilər “Şefski gün” adlandırır. Həmin söhbətin videolentini də yazıya əlavə edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.