Sabunçuda gizli və aşkar qum bazarı... - VİDEOLAR
21-10-2015, 10:48
Dünən redaksiyamıza daxil olan məlumatı yoxlamaq məqsədi ilə Sabunçu rayonu Zabrat dairəsində yerləşən “Louvre Plaza” şadlıq sarayı ilə üzbəüz qum bazarına baş çəkdik. Və orda bir neçə qum maşınlarnın sürücülərini danışdırarkən məlum oldu ki, Nardaran qəsəbəsinin qumunu bu şəxslər öz maşınlarına yığaraq gətirib Zabrat dairəsindəki əraziyə boşaldıb orda satış edirlər.
Qafqaznews.az bildirir ki,hətta qum maşınlarnın bir sürücüsünün telefonla danışığı da videolentimizə düşüb. Onların maşınlarından biri YPX əməkdaşları tərəfindən saxlandığı üçün sürücünün digər sürücü ilə telefon danışığından başa düşülür ki, Sabunçu polisində Məmmədəli adlı komandir YPX-yə göstəriş verir ki, maşın dərhal buraxılsın. Sonra həmin sürücü bizim əməkdaşlardan şübhələnərək DİN-nin yuxarı idarələrinin adlarını sadalamağa başlayır.
Bunula o bir daha bizə nümayiş etdirmək istəyir ki, yəni onlara heç kim heç nə edə bilməz. Bütün bunları və yazıya əlavə etdiyimiz videonu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sabunçu Rayon Polis İdarəsinin diqqətinə çatdırmaq istəyirik ki, görəsən bu qurumlar Zabrat dairəsindəki qum ambarını bugünədək aşkar edə bilməyiblər..? Hər gün həmin ərazidə xidmət edən Çevik Polis Alayının əməkdaşları, Sabunçu Rayon Polis İdarəsinin post patrul xidmətinin əməkdaşları bu qum bazarını görəndə niyə gözlərini yumurlar…? Axı qanuna görə belə hallarda hər qum maşını 1000 manat cərimə olunmalıdır. Araşdırmamız davam edir, bizi izləyin.