Eldar Mahmudovun bir uzantısı da "Qaçqınkom"a gedib çıxırmış.. - “Qaçqınkom” Pənah Əliyevin oğlu MTN-də işləyirmiş…
21-10-2015, 15:14
Bir neçə vaxtdır qafqaznews.az saytı olaraq “Qaçqınkom”un departament rəhbəri Pənah Əliyevlə bağlı araşdırma yazıları dərc edirik. Keçən yazımızda Pənah Əliyevin oğlunun Qaradağ rayonunda hüquq-mühafizə orqanlarında xidmət etdiyi barədə məlumat vermişdik. Apardığımız son araşdırmalar nəticəsində məlum oldu ki, Pənah Əliyevin oğlu Tural Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsində əməliyyat müvəkkili ( oper ) vəzifəsində çalışır. Saytımızda onunla bağlı gedən yazılardan sonra Tural 90 LS 900 Range Rover CİP-i ilə işə getmətə ehtiyat edərək, atasının 10 TV 606 Toyota Prado maşını ilə işə gedib-gəlir.
Məlumat üçün bir daha bildirək ki, qeyd etdiyimiz CİP Əliyev Tural Pənah oğlunun öz adınadır. Bir daha soruşmaq istəyirik ki, görəsən MTN zabiti 400 manat əmək haqqı ilə 235 min manatlıq CİP-i necə əldə edib..? MTN- də Tural Əliyev hansı “mühüm işi icra” edir ki, 235 min manatlıq Range Rover CİP-ə sahib olub? O ki qaldı “oper”in atası Pənah Əliyevə, çox güman ki, bizim tərəfimizdən onun obyektləri, mülkləri ilə bağlı ictimaiyyətə təqdim olunan siyahı yaxın vaxtlarda hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Çünki, ölkədə qlobal dəyişiklik gedirsə bu təkcə MTN-də yox, korrupsiyaya bulaşmış bir çox təşkilatlarda, o cümlədən “Qaçqınkom”da
da davam etməlidir. Pənah Əliyevin fəaliyyəti ilə bağlı monitorinq keçirib qaçqınlardan sorğu-sual olunsa, onun bir çox qaranlıq əməlləri üzə çıxacaq.