Cavid Qurbanovun media siyasəti nədən axsayır? - İlginc iddialar
22-10-2015, 14:21
Vətəninfo.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-nın həmin dairədən vahid namizədidi.Təbliğat-təşviqat kompaniyasına Cavid Qurbanov da ölkədəki mövcud KİV-ri ilə əməkdaşlıq etməklə başlamaq istəyib. Əmmma, Əmması budur ki, , "Azərbaycan Dəmir Yolları” QSC-nin işçisi olduğu qeyd edilən Həbib Misirov aranı qarışdırıb.
Redaksiyamıza bununla bağlı daxil olan məlumatda iddia edilir ki, Cavid Qurbanov ölkədəki KİV-də təbliğat-təşviqat kompaniyasının aparılması məqsədi ilə müqavilələrin bağlanması üçün yüksək məbləğdə pul verib. Məbləğin nə qədər olduğu deyilməsə də amma ölkədə gündəlik yüksək oxucu kütləsi olan media qurumları ilə müqavilələr bağlanması nəzərdə tutulurmuş.
Amma Həbib Misirov "ara xəlvət tülkü bəy”-misali Cavid Qurbanovu aldatdığı iddia edilir və "Qaş aldığı yerdə vurur göz çıxardır”. Yəni KİV-də Cavid Qurbanovun təbliğat-təşviqat kompaniyası nəyin ki, qurulur, əksinə deputatlığa namizədlə bağlı tənqidi yazılar KİV-də artır.
Belə olduqda isə Həbib Misirov "Paxırı”nın üstünün açıldığını hiss edən kimi Milli Məclisin bir neçə deputatının qapısını döyərək onlardan Cavid Qurbanovla bağlı xəbərlərin çıxarılmasına çalışır.
Adını da qoyur ki, "Bəs bu yazıları nə qədər ki,Cavid müəllim görməyib,təcili çıxartdırmaq lazımdı”. İddialara görə, millət vəkilləri də Həbib Misirovun Cavid Qurbanovdan təbliğat-təşviqat kompaniyası üçün pul alındığından xəbərsiz olduqlarından tanış-biliş KİV rəhbərlərinə tənqidi yazıların çıxarılması ricasın edirlər.
Daxil olan məlumatda iddia edilir ki, Həbib Misirov hazırda Cavid Qurbanovun təbliğat-təşviqat kompaniyasında iştirak edir və KİV-ri ilə işin təşkili bu şəxsə tapşırılıb.
Maraqlıdır görəsən deputatlığa namizəd Misirovu yanına çağıraraq "Hanı təbliğat-təşviqat kompaniyamızda gördüyümüz işlərin işıqlandırılması üçün KİV-lər ilə müqavilələr”-deyibmi?
Yəqin ki, bu məlumatın yayılmasından sonra, cənab Qurbanov Həbib Misirovdan bu suala cavab verməsin istəyəcək.
Biz sadəcə olaraq redaksiyamıza "Azərbaycan Dəmir Yolları” QSC-dən sızdırılan məlumatda iddia edilənləri yayımlamaqda hökümlüyük. Məlumatın nə qədər doğru,nə qədər iddia olduğun isə yəqin ki, Cavid Qurbanov özü araşdıracaq.