Eldar Mahmudovun adamı digər dövlət qurumlarına necə sirayət edirmiş - İlqar Əliyevlə bağlı ŞOK İTTİHAMLAR
22-10-2015, 14:58
Elə bu dəqiqələrdə redaksiyamıza özünün keçmiş vergi işçisi olduğunu bildirən şəxs tərəfindən ilginc faktlar ötürülüb. DİA.AZ-a daxil olan informasiyada MTN-nin polkovniki, hazırda həbsdə saxlanılan İlqar Əliyevlə bağlı məlumatlar yer alır.
Həmin materialı olduğu kimi - nöqtəsinə-vergülünə toxunmadan diqqətinizə təqdim edirik:
"MTN -dələduz qrupun həbsindən sonra sizlərə çox dəhşətli və MTN-palkovniki İlqar Əliyevin Vergi Cinayət Departamenti və Dövlət komitələrinin birində olan adamları və əməlləri barədə məlumat vermək istəyirəm. Mən özüm keçmiş Vergi Cinayətlətləri Departamentinin müstəntiqi olmuşam.
Vidadi Məmmədov o biznesmenlərdən ki,dövlət vergisindən əlavə artıq pul ala bilmirdi , o zaman dərhal həmin bisnesmenin adını, fəaliyətini və gəliri barədə məlumatları İlqar Əliyevə ötürürdü. İlqar Əliyev isə məlumdur ki, hansı yollarla pulu nəmimsəyirdi. Yəni bisnesmen həm dövlət vergisini ödəməli idi və həmçinin əlavə Vidadi Məmmədova. Mən işdən azad olunmuşam və qorxumda yoxdur. Amma hakimiyyət bilsin ki,İlqar Əliuyevin bandasının üzvləri hələdə hakimiyyətdə təmsil olunurlar.
SON MƏLUMATIDA DEYİM.VİDADİ MƏMMƏDOV BU MƏSƏLƏ İLƏ BAĞLI CİNAYƏTƏ CƏLB OLUNACAQ VƏ HAQQINDA CİNAYƏT İŞİ ARTIQ AÇILMIŞDIR".