Mebel sexlərinin KRALI - Alı Alıyev
22-10-2015, 15:18
Füzuli rayonunun icra başçısınn adı qalmaqalda hallanıb. teref.az xəbər verir ki, Alı Alıyev haqda məlumat yayılıb.
Jam.az yazıb ki, xeyli sayda mebel sexləri, dükan və ticarət obyektləri olan icra başçısının adı bu dəfə sabiq nazirlərdən biri ilə yüksək səviyyədə münasibətə görə qalmaqala səbəb olub.
Alı Alıyev Su və Melorasiya Təsərrüfatı Dövlət Komitəsinin sədri Əhməd Əhmədzadənin kadrıdır. Elə bu səbəbdən də məsələ ortaya çıxdıqdan sonra Əhmədzadə bərk əsəbləşib və icra başçısını danlayıb.
Əhmədzadənin qəzəblənməsinə səbəb olan hadisə Alı Alıyevin özbaşına, heç kimlə məsləhətləşmədən sabiq məmurlardan birinə bahalı mebel hədiyyə etməsi olub. İddialara görə, həmin mebelin dəyəri 100 min manata yaxın olub.
Amma qalmaqala səbəb olacaq əsas amilin təkcə mebel hədiyyə edilməsinin ola biləcəyi inandırcı deyil. Güman ki, Alı Alıyevin həmin sabiq məmurla böyük iş əlaqələri olub. Çünki yalnız bu halda Əhmədzadələrin qəzəbinə tuş gəlmək mümkündür.
Üstəlik, həmin sabiq məmurun başı onsuz da bəladadır və haqqında araşdırma aparılır. Əgər bu əlaqələr üzə çıxarsa, o zaman Alı Alıyevi heç Əhmədzadələr də qurtara bilməyəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.