Novruzəli Aslanova güllə kimi cavab: - deputatı çətin duruma saldılar
23-10-2015, 12:55
Cumhuriyyət. az olaraq son günlər seçki kompaniyası dövründə 86 saylı İsmayıllı seçki dairəsində millət vəkilliyinə namizədliyini irəli sürmüş namizədlər arasında baş verənlər barəsində silsilə yazılar dərc etmişik. Burada namizədlər Məzahir Şahvələdov və Novruzəli Aslanov arasında yaranmış gərginliklərdən söhbət açılırdı. Namizəd Məzahir Şahvələdov qeyd edirdi ki, opponenti onun haqqında əsassız olaraq rayon hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, güya mən və mənim seçki qərargahımın əməkdaşları Novruzəli Aslanovun şəkillərini cırmışıq. Buna görə də baş verənlər mətbuat vasitəsilə ictimailəşdirilmişdi. Namizəd Məzahir Şahvələdovun cumhuriyyət. az-a verdiyi müsahibəsinə cavab olaraq opponenti Novruzəli Aslanovun seçki qərargahından cumhuriyyət. az-a cavab məktubu gəlmişdi və tərəfimizdən dərc edilmişdir. Bu arada isə namizəd Məzahir Şahvələdov yenidən cumhuriyyət. az-a müraciət edərək opponentinin yazdıqlarına münasibət bildirmək istədiyini qeyd etdi. Məzahir Şahvələdovun məsələyə münasibətini də olduğu kimi dərc edərək dəyərli oxucularımıza təqdim edirik:
Hörmətli redaksiya: Rəqibim Novruzəli Aslanov yazısında bildirir ki, mən idmançılar barəsində xoşagəlməz sözlər, ifadələr işlətməklə onların ölkə idmanı üçün etdiklərini şübhə altına alaraq, onları güya ki, aşağılamışam.
1. Cavab olaraq bildirirəm ki, İsmayıllı hadisələri dövründə Novruzəli Aslanov susaraq kənarda qərar tutduğu vaxtlar, mən onun vəkillərindən biri olan, İsmayıllı hadisələrində həbs olunan idmançı Anar Həsənova azadlığa çıxacağı günə kimi həm maddi, həm də mənəvi dəstək olmuşam. Ancaq tam məsuliyyətimlə deyə bilərəm ki, məhkəmə prosesi dövrü mən bircə dəfə də olsun Novruzəli Aslanovu bir millət vəkili kimi prosesdə iştirak edən, yaxud təmsil olunduğu ali tribunadan İsmayıllı məhbuslarına hər hansı dəstəyini nümayiş etdirdiyini görməmişəm, əksinə Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırılan günə kimi onların mövqeyini müdafiə etdiyinin şahidi olmuşam.
2. Nizami Ələkbərovun 2007-2010-ci illərdə icra başçısı və Novruzəli Aslanovun deputat olduğu dönəmdə İsmayıllıda şəhərsalma adı altında mülkiyyət soyqırımı həyata keçirilib. Vətəndaşlara aid xeyli sayda mülkiyyət məhkəmənin qərarı olmadan dağıdılaraq məhv edilib. Niyə Novruzəli Aslanov bircə dəfə səsini çıxarmadı? Həmin dövrdə İsmayıllının əmlakını dağıdan, vətəndaşlara ziyan vuran, şəxsiyyətsizin birisi olan Mirələsgər Seyidova nədən gözün üstə qaşın var demədi?Əksinə əhalinin etiraz etməsinə baxmayaraq, Novruzəli Aslanov sonadək Nizami Ələkbərovun yanında qərarlaşdı. Bununla bağlı hazırda da 30-yaxın fakt var.
3. 2013-cü ildə baş verən məlum İsmayıllı hadisələrində İsmayıllı əhalisinin deyil, Ələkbərovların mövqeyindən çıxış edərək, hadisələrdə iştirak edən çoxminli rayon əhalisini xuliqan adlandırdı. Nədən Novruzəli Aslanov Quba hadisələrində Quba sakinlərini müdafiə edən millət vəkili Vahid Əhmədov kimi mərdi-mərdanə mövqeyini ortaya qoymadı?Ancaq sonradan dövlət başçısı Nizami Ələkbərovu tutduğu vəzifədən azad etdikdə, həmin an Novruzəli Aslanov prezident düz edib deyib müdafiə etdiyi Nizami Ələkbərovu top ataşınə tutdu. Bu cür sürüşkən xarakter heç siyasətçiyə yaraşarmı?Hazırda İsmayıllı əhalisi Məzahir Şahvələdovu da, Novruzəli Aslanovu da yaxşı tanıyır.
4. Novruzəli Aslanov qeyd edir ki, Mən Sumqayıtda qeydiyyatda, İsmayıllıda isə kirayədə yaşayıram. Bildirmək istəyirəm ki, Novruzəli Aslanov bu cür anti konistitusiya xarakterli açıqlama verməkdənsə, yaxşı olardı ki, Azərbaycan Respublikasının əsas qanunu, ana qanunu sayılan konstitusiyanı yaxşı nəzərdən keçirsin. Mən Azərbaycan respublikasının tam hüquqlu vətəndaşıyam. Mən istənilən yerdə qeydiyyatda ola, istənilən yerdə yaşaya bilərəm. Eyni zamnda istənilən yerdə ictimai-siyasi fəaliyyətlə məşğul ola bilərəm. Bütün bunlar mövcud qanunvericilik ilə tənzimlənir. Demək istəyirəm ki, Novruzəli Aslanov yaşadığı, qeydiyyatda olduğu küçəni atasının adına rəsmiləşdirib. Yəqin ki, o yaşadığı yer atasının adına olduğu üçün həmin yeri özünün vətəni, orada yaşayan qohum-əqrabasını isə millətçi sayır.
5. Əslində mən istəməzdim ki, bizlər bu səviyyədə polemikaya baş vuraq. Çünki bu kimi hallar ictimaiyyət tərəfindən heç də yaxşı hal kimi qəbul olunmur. Ancaq hörmətli opponentimin haqqımda səsləndirdiyi fikirləri məni sövq etdi ki, ona cavab verim. Son olaraq onu bildirmək istəyirəm ki, əgər Novruzəli müəllim doğrudan da özünün İsmayıllıda yüksək nüfuz sahibi olduğuna əmindirsə, doğrudanda əhalinin ondan başqa namizəd yoxdur kimi deyimlərinə istinad edirsə, onda seçki başlayanadək istədiyi bir günü özü müəyyənləşdirsin, elan edək, rayon mərkəzində əhalinin qarşısında birlikdə həm debata çıxaq, həm də əhalinin suallarını cavablandıraq. Hesab edirəm ki, mənim bu təklifim ən optimal təklif kimi dəyərləndirilməlidir.
Redaksiyadan: Cumhuriyyət. az olaraq seçkilərdə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını, onların kimliyini araşdırdıq. Yap-İsmayıllı rayon təşkilatındakı mənbəmizdən aldığımız məlumata görə, bu seçkilərdə Novruzəli Aslanova alternativ tək Məzahir Şahvələdovdur. Qalan bütün namizədlər rəhbərlik ilə razılaşdırılmış şəkildə irəli sürülüb. Yəni formal xarakter daşıyır. Elə namizədlər var ki, heç onun məsələdən xəbəri yoxdur. Yəni onun şəxsiyyət vəsiqəsi və sair sənədlərini Yap rayon təşkilatı toplayıb hazırlayıb, məktəblərdə, idarə müəssisələrdə imza toplayaraq dsk-ya təhvil veriblər. Bu adamlar rayonda tanınmayacaq qədər ictimai-siyasi həyatdan kənar şəxslərdir. Ancaq məqsəd yer doldurmaqdan ibarətdir. Əslində isə İsmayıllıda bu seçkidə iki nəfər arasında mübarizə gedəcək. Cumhuriyyət. az olaraq siyahını sizə təqdim edirik.
1. Aslanov Novruzəli Davud oğlu.
2. Şahvələdov Məzahir Səfər oğlu hüquqşünas.
3. Nuriyev Rais Sərxan oğlu rayon sakini.
4. Qurbanova Xuraman Kamal qızı. Gəndo kənd tam orta məktəbinin direktoru.
5. Şoyziyev Şöhrət Rahib oğlu. Həkim.
6. Kazımov Ramiz Mamed oğlu. Rayon telekommunukasiya qovşağında mühəndis.
7. Vahabov İlham Cəlal oğlu. Rayon təhsil şöbəsində idman metodisti.
8. Mirzəliyeva Rəna Manaf qızı. Rayon təhsil şöbəsində. Müəllimə.
9. Canəliyev Nadir Qənimət oğlu. Tikinti mühəndisi, işsiz.
10. Əhmədov füzuli Qalsın oğlu. Diş həkimi.
11. Hüseynov Rasif Süleyman oğlu. Fərdi təsisçi.
Yekunda mərhum şair Bəxtiyar Vahabzadənin bu şeiri namizədlərə tərəfimizdən ərmağan edilir. Kimə daha çox aidiyyatı var, özü müəyyənləşdirsin.