Quba "vaenkom"-u Kiçibəyovun bazarı xoddur - Hərbi bilet almaq istəyən Qubaya getsin
23-10-2015, 22:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon şöbəsində “bazar” açılıb.
Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Məlumatda vurğulanır ki, şöbənin rəisi polkovnik-leytenant Çingiz Kiçibəyov yuxarıların “dabrosunu” aldıqdan sonra özünün şəxsi qanunlarını həyata keçirtməyə başlayıb.
İlk öncə nəzərinizə çatdıraq ki, cənab polkovnik-leytenant Qubada sağlam gəncləri hərbi çağırışdan yayındırır. Şöbə rəisi Çingiz Kiçibəyov nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub. Çünki Səfərbərlik Xidmətinin Quba rayon şöbəsinin rəisi üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən lazımınca gələ bilmir. Həmin şöbədə mövcud olan ən ciddi problemlərdən biri də çağırışçıların tibbi müayinədən keçirilməsi zamanı yaşanır.
Yuxarıda qeyd etdiyimiz kimi, “bazarkom” Çingiz Kiçibəyov bu yola qazanc əldə edir. Quba rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyası Çingiz Kiçibəyovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin "iş"ini həll edirlər.
Yəni həkimlər "niqodnıy" bilet almaq istəyən çağırışçıları müəmmalı sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. Məhz elə bu səbəbdən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, eləcə də ölkənin rəhbi prokuroru Xanlar Vəliyev dərhal Çingiz Kiçibəyovun fəaliyyətinin araşdırılması ilə bağlı göstəriş verməlidirlər. Növbəti yazılarımızda daha ətraflı məlumat veriləcək. Bizi izləməyi unutmayın...
Qarşı tərəfi dinləməyə hazırıq.